Videonun Ukraynaya məxsus Bayraktarın Rusiya ordusuna hücumunu göstərdiyi iddiası

Videonun Ukraynaya məxsus Bayraktarın Rusiya ordusuna hücumunu göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Video 2020-ci ilə aiddir və Suriyanın İdlib bölgəsindəndir.

Ukrayna Müdafiə Nazirliyi 24 fevral 2022-ci il tarixində verdiyi açıqlamada Bayraktar TB2 istifadə etdiklərini bildirib.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

2022-ci ilin fevral ayında başlayan Ukrayna və Rusiya münaqişəsinin ardından hadisə yerindən olduğu iddia edilən görüntülər yayılmağa başlayıb. Sosial mediada və xəbər saytlarında paylaşılan bir videonun Ukrayna ordusuna məxsus bir Bayraktarın Rusiya ordusuna hücumunu göstərdiyi iddia edilib.

ekran teyitaz bayraktar

Video köhnədir və İdlibdəndir

Videodan aldığımız ekran görüntüsünü əks axtarış üsulu ilə arama motorunda araşdırdıqda keçmiş paylaşımlara rastlayırıq. Video Rusiya və Ukrayna arasındakı mövcud böhrandan əvvəl, 2020-ci ilə aiddir. Suriyanın İdlib bölgəsindən olan video Məərrət ən-Nöman şəhərində Bayraktar TB2 tərəfindən vurulan mövqeləri göstərir. 

Ukrayna Müdafiə Nazirliyi 24 fevral 2022 tarixində verdiyi açıqlamada Bayraktar TB2-dən istifadə etdiyini bildirib.