Videonun Ukrayna Rusiya münaqişəsindəki hava müdafiəsini göstərdiyi iddiası

Videonun Ukrayna Rusiya münaqişəsindəki hava müdafiəsini göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Əks axtarış üsulu ilə simulyasiya videolarına dair nəticə əldə etmək mümkündür.

Video Arma 3 adlı video oyunundandır.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir videonun aktual Ukrayna Rusiya münaqişəsindən olduğu iddia edilib.

videonun ukraynanin rus teyyarelerine hucumunu gosterdiyi iddiasi ekran

Video Arma 3 adında oyundandır

Videodan aldığımız ekran görüntülərini əks axtarış üsulu ilə Yandex-də araşdırdıqda, fevral ayının 17-də rus dilində paylaşıldığını görürük. Videonun başlığında simulyasiya video olduğu qeyd olunub. Açar sözlər ilə axtarışa davam etdikdə iddia videosunun Arma 3 adlı video oyundan olduğunu görmək mümkündür.


Video oyunlarının yüksək keyfiyyətli görüntüyə sahib olması istifadəçilərin bu videoları bəzən həqiqi kimi qəbul etməsinə gətirib çıxarır. Xüsusilə münaqişə dövrlərində sosial mediada belə videolara tez-tez rast gəlirik. 2020-ci ildə baş verən Azərbaycan Ermənistan müharibəsi zamanı da belə videolar münaqişədən olduğu iddiası ilə gündəmə gəldi və Teyit
tərəfindən yanlış olduğu ortaya qoyuldu.