Sosial şəbəkədə paylaşılan bir videonun Ukrayna Rusiya münaqişəsindən olduğu iddia edilib. İddiaya görə videoda Ukrayna ordusuna məxsus MİG-29 ilə Rusiyaya məxsus Su-35 təyyarəsi arasında “it davasını” göstərir. Videonun Ukrayna Müdafiə Nazirliyi tərəfindən təsdiqləndiyi məlumatına da yer verilib.
Video Digital Combat Simulator (DCS) ilə hazırlanıb
Video Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Hava Qüvvələrinin rəsmi Facebook səhifələrində də yayınlanıb.
Videonu əks axtarış üsulu ilə araşdırdıqda 25 fevral 2022-ci ildə bir YouTube kanalında paylaşıldığını görürük. “Comrade_Corb” adlı istifadəçi tərəfindən videonun açıqlama qismində kadrların DCS oyunundan götürüldüyü və “Ghost Of Kiev” olaraq adlandırılan pilotlara hörmətlə hazırlandığı qeyd olunub.
Oyun şirkəti məlumatı təsdiqlədi
AFP və Reuters-a açıqlama verən DCS rəsmiləri təyyarə videosunun DCS (Digital Combat Simulator) ilə hazırlandığını bildirib. DCS adlı təyyarə simulyasiyası İsveçrə mərkəzli Eagle Dynamics şirkətinə aiddir. Şirkət istifadəçilərinə münaqişə dövründə yayılan yanlış məlumatlara qarşı diqqətli olmaq barədə xəbərdarlıq edib.
Malumatfuruş, Snopes, BBC və BBC Monitoring komandasından Shayan Sardarizadeh videonun real olmadığını vurğulayıb. Twitter da iddianın yanlış olduğuna dair xəbərdarlıq əlavə edib.
Teyit münaqişənin başladığı gündən bəri bir çox şübhəli məlumatı yoxlayıb.