Videonun Türk ordusunun Rus əsgərlərinə hücumunu göstərdiyi iddiası

Videonun Türk ordusunun Rus əsgərlərinə hücumunu göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Hadisə Suriyanın İdlib əyalətindəki M4 avtomaqistralında baş verib.

Video Türk ordusunun Rus əsgərlərinə hücumunu göstərmir, Suriyada M4 avtomaqistralındakı Türk-Rus ortaq patruluna hücumu göstərir.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir videonun Türk ordusunun Rus əsgərlərinə hücumunu göstərdiyi iddia edildi.

videonun ruslara turklerin hucumunu gosterdiyi iddiasi facebook

Lakin iddia doğru deyil. Video 14 iyul 2020-ci ildə Suriyada Türk-Rus ortaq patruluna edilən hücumu göstərir.

Video Türk-Rus patruluna olan hücumdandır

Videodan olan görüntüləri əks axtarış üsulu ilə axtardıqda əslində görüntülərin Türk-Rus patruluna edilən hücumu əks etdirdiyini görürük. Həmin fotolardan biri Mohammed Al-Rifai tərəfindən çəkilib. Hadisə Suriyanın Ariha şəhərinin yaxınlığında M4 avtomaqistralında baş verib.

videonun turklerin ruslara hucumunu gosterdiyi iddiasi patlama goruntusu

İddiadaki videodan görüntü

turklerin ruslara hucumunu gosterdiyi iddia edilen video karsilastirma

Mohammed Al-Rifai təfərindən çəkilən foto

Hadisədən sonra çəkilən video da YouTube-da mövcuddur. Bu kadrda da iddia videosundakı mavi dirəkli reklam lövhəsi, yol nişanı, yolun sağ tərəfindəki ağ maşın, motosiklet, piyada kimi işarələr eyni ərazi olduğunu eyni vaxtda çəkildiyini təsdiqləyir. 

videonun turklerin ruslara hucumunu gosterdiyi iddiasi ruptly kirmizi cizgili

İddiadakı videonun və Mohammed Al-Rifai tərəfindən çəkilən partlayış fotosunun əks istiqamətdən çəkilmiş Ruptly-dən olan kadrlara baxdıqda da yol nişanından həmin ərazinin İdlib əyalətinə bağlı olan Ariha yaxınlığı olduğu başa düşülür.

ruptly videonun turk ordusunun rus sgrlrin hucumunu gostrdiyi iddiasi

Hadisədən sonra MEE (Middle East Eye) müxbiri Ahmad Fallaha tərəfindən başqa bucaqdan çəkilən foto da mövcuddur.  Bu fotoda da yol nişanından və reklam lövhəsindən da ərazinin M4 avtomaqistralı olduğu görünür.

videonun turklerin ruslara hucumunu gosterdiyi iddiasi foto gosterme

Hadisənin Tovuz döyüşləri ilə heç bir əlaqəsi yoxdur

İddianın ilk cümləsində Tovuz döyüşlərindən bəhs edilib. Lakin 14 iyul Suriyada baş verən bu partlayışın, 12 iyul 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlayan Tovuz döyüşləri ilə əlaqəsi yoxdur. 

5 mart 2020-ci ildə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə Rusiya Prezidenti arasında Suriyanın İdlib əyalətindəki gərginliyi müzakirə etmək üçün görüş keçirildi. 5 saat 40 dəqiqə keçən görüşün ardından isə Putin ortaq bir sənəd hazırlandığını, Erdoğan isə İdlib üçün atəşkəs qərarı alındığını açıqladı. Hər iki dövlət arasında imzalanan Anlaşma Memorandumuna görə isə 15 mart 2020-ci il İdlib vilayətində, M4 avtomaqistralında1-ci Türk-Rus patrulu yaradıldı. 

idlib ateskes detaylari afis

Yəni bu anlaşmaya görə Türkiyə və Rusiya İdlibdə qarşı-qarşıya deyil, müştərək hərəkət edir. 21-ci Türk-Rus patrulu isə 14 iyul 2020 tarixində bomba hücumuna məruz qaldı. Hücum nəticəsində üç Rus əsgərinin yaralandığı bildirildi. Türkiyə Müdafiə Nazirliyi də heç bir itki olmadığını və sadəcə texniki zərər olduğunu açıqladı.

Nəticə etibarilə videonun türklərin ruslara hücumunu göstərdiyi iddiası doğru deyil. İddianı yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirmə kateqoriyasına aid edə bilərik.