Videonun Türkiyədə baş verən zəlzələ üçün Azərbaycandan gələn yardım maşınlarını göstərdiyi iddiası

Videonun Türkiyədə baş verən zəlzələ üçün Azərbaycandan gələn yardım maşınlarını göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Görüntülər köhnə tarixə aid olub zəlzələ ilə bağlı deyil.

Maşınlar 2021-ci ilin avqustunda Türkiyədə baş verən meşə yanğınlarına dəstək məqsədilə Azərbaycandan yola çıxan yanğınsöndürən maşınları əks etdirir.

2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində böyük dağıntılara səbəb olan zəlzələdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına görə 70 fərqli ölkə və 14 beynəlxalq təşkilatdan yardım təklifi gəlib. Bu ölkələrdən biri də Azərbaycandır. 

“TikTok” hesablarından biri tərəfindən paylaşılan videoda Azərbaycandan göndərilən yardım məqsədli maşınların Türkiyəyə daxil olduğu iddia edilib.

azerbaycan yardim goruntuler iddia

Görüntülər Kahramanmaraş zəlzələsi üçün göndərilən maşınlara aid deyil

Lakin görüntülərdə yer alan maşınlar Kahramanmaraş zəlzələsindən sonra Azərbaycan tərəfindən göndərilən maşınlara aid deyil. 

Videodan götürülən ekran görüntüləri əks şəkil axtarışı ilə araşdırılarkən orijinal görüntüləri əldə etmək olur

Görüntüləri araşdıqdıqda şəxslərin üzərindəki geyimlərdən yola çıxaraq yay fəslində çəkildiyi aydın olur. Maşınların 2021-ci ilin avqust ayında Türkiyədə baş verən meşə yanğınlarına dəstək məqsədilə Azərbaycandan yola çıxan yanğınsöndürən maşınlara aid olduğu anlaşılır. 

Sözügedən maşınların yanğınlara yardım məqsədilə Azərbaycandan göndərildiyi və Sarp sərhəd-keçid məntəqəsindən keçərək Türkiyəyə daxil olduğu ortaya çıxır. Maşınların sərhədi keçdikdən sonra Trabzon və Samsun kimi şəhərlərdə xalq tərəfindən alqışlandığı da görüntülərdə yer alır. “Haber Global”, “Tele1”, “HABER EXPRES TV” və “Haber Lütfen” kimi “Youtube” kanallarında yanğınların baş verdiyi tarixdə paylaşılan oxşar görüntülər mövcuddur. 

Azərbaycandan axtarış-xilasetmə qüvvələri və konteyner yollanıb

“Anadolu Ajansı”nın xəbərinə görə Azərbaycan Türkiyəyə 370 nəfərlik axtarış-xilasetmə qüvvəsi və 8 axtarış-xilasetmə iti göndərib. Eyni zamanda bir yük təyyarəsi ilə 2 sərnişin təyyarəsinin də yola çıxacağı bildirilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytında yayımlanan məlumata görə Heydər Əliyev Beynəlxalq Hava Limanından Adanaya göndərilən təyyarə ilə çadır, qızdırıcı və səhra xəstəxanasının içərisində olan 3 ədəd konteyner göndərilib.

az deprem yardim

Eyni zamanda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də Azərbaycana aid ilk çevik axtarış-xilasetmə qüvvələrinin təchizatları ilə birlikdə Türkiyəyə göndərildiyini açıqlayıb.

az deprem ordu