Videonun Türkiyədəki yanğınlarda dovşanı xilas edən şəxsi göstərdiyi iddiası

Videonun Türkiyədəki yanğınlarda dovşanı xilas edən şəxsi göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

İlk dəfə 2017-ci ildə paylaşılan video Kaliforniyada baş verən meşə yanğınlarında çəkilib.

Yanğın Kaliforniyanın La Conchita 101 magistralında baş verib.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Türkiyədə meşə yanğınları baş verərkən sosial mediada paylaşılan videonun Türkiyədəki yanğınlardan olduğu iddia olundu. Video yanğından dovşanı xilas etməyə çalışan şəxsi göstərirdi.

teyitaz iddia ekrani videonun turkiyeden oldugu iddiasi

Videodan alınan ekran görüntüləri ilə əks axtarış etdikdə kadrların Türkiyədən olmadığı ortaya çıxır. Guardian News videonu 7 dekabr 2017-ci ildə Kaliforniyadakı yanğınlardan olduğu məlumatı ilə birlikdə paylaşıb.

Video ilə bağlı axtarışa davam etdikdə kadrların NBC Los Angeles, BBC, Global News, The Sun kimi xəbər saytlarında da ABŞ-ın Kaliforniya ştatındakı meşə yanğınlarından olduğuna dair xəbərlərə rast gəlirik. BBC hadisənin Kaliforniyadakı  La Conchita 101 magistralında baş verdiyini bildirib

Videoda dovşanı xilas edən Caleb Wadnan adlı şəxs NBC Los Angeles kanalına verdiyi açıqlamada “Sadəcə arxasınca qaçdım. O an böyük ümidim yaranmışdır. Beləcə ətrafımdakı yanğına deyil sadəcə yaşamağa fokuslandım.” cümlələrindən istifadə edib. Ekspertlər isə başqalarının bu hərəkətdən yayınmalı olduğunu tövsiyə edir. 

9 oktyabr 2017-ci ildə başlayan Kaliforniya yanğınları 40 nəfər həyatını itirməsinə, bir milyard dollara qədər isə zərərə səbəb olub.