Videonun Türkiyədəki meşə yanğınlarından olduğu iddiası

Videonun Türkiyədəki meşə yanğınlarından olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Video 2020-ci ildəndir və İraqın şimalında çəkilib.

Anadolu Agentliyinin saytında xəbərin orijinalını tapmaq mümkündür.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada geniş miqyasda paylaşılan bir videonun Türkiyədə 28-29 iyul tarixlərində başlayan meşə yanğınlarından olduğu və meşə yanğınlarını başladan şəxsləri göstərdiyi iddia olundu.

teyitaz iddia ekrani mese yanginlari

Video 2020-ci ilə aiddir

Videonu əks axtarış üsulu ilə araşdırdıqda eyni kadrların istifadə olunduğu 10 avqust 2020 tarixli bir xəbərə rast gəlirik. Eyni video 10 avqust 2020-ci ildə başqa saytlarda da qarşımıza çıxır

teyitaz analiz mese yanginlarindan oldugu iddia edilen video

Köhnə xəbəri AA-nın saytında tapmaq mümkündür

 

İddia videosunda sağ üst küncdə Anadolu Agentliyinin (AA) loqosu da görünür. Agentliyin internet saytındakı son xəbərlərə nəzər yetirdikdə 29 iyul etibarilə meşələri yandıran şəxslərə aid hər hansı bir xəbərə rast gəlinmir. Lakin 9 avqust 2020-ci il tarixli orijinal xəbəri saytda tapmaq mümkündür.

Nəticə etibarilə iddia yanlışdır. Video 28-29 iyul tarixlərində Türkiyədə başlayan meşə yanğınlarından deyil.