Sosial şəbəkədə paylaşılan videonun Türkiyəyə aid təyyarələri göstərdiyi iddia edildi. Arxa fonda Mustafa Yıldızdoğanın oxuduğu “Bizim Türkümüz” mahnısının olduğu video 24 min istifadəçi tərəfindən görüldü və 1500 şərh yazıldı.
Lakin videonun Türk təyyarəsini göstərdiyi iddiası doğru deyil. Video “Essential RC” adlı YouTube kanalında Aerofly RC 7 adında uçuş simulyatoru vasitəsilə hazırlanıb. Yəni videodakı təyyarələr real deyil, təyyarənin modeli isə Mikoyan Gurevich firmasının MiG-29 adlı Rus hərbi təyyarəsidir.
Videodakı işarələrdən əsl mənbəni mümkündür
“Türk dünyası dünyanın ən güclü ordusu” başlığı ilə paylaşılan videonun sağ üst tərəfində Essential RC yazılıb. RC Essential-ın Facebook səhifəsinə baxdıqda, sözügedən videonun orijinal versiyasını tapmaq mümkündür. YouTube kanalındakı “RC” Remote Control (Uzaqdan İdarə) mənasına gəlir. Buradan da bu kanalın uzaqdan idarə edilən və uçuş simulyatorlarıyla hazırlanan videoları paylaşdığını başa düşürük.
“Essential RC” ifadəsi videonun mənbəyi haqqında məlumat verir.
Videonun orijinalı və haqqında məlumatlar.
Musiqi videoya daha sonra əlavə edilib
İlk dəfə 7 mart 2019-cu ildə paylaşılan videonun orijinalı 11 dəqiqədir və bütövlükdə simulyatorun görüntüləri və səslərindən ibarətdir. Türk təyyarəsini göstərdiyi iddia edilərək paylaşılan video isə qısaldılıb və üzərinə musiqi əlavə edilib. Arxa fona əlavə edilən musiqi MYD Müzik Film Yapıma əsasən Bekir Sıtkı Erdoğan, sözləri Mustafa Yıldızdoğana aid Bizim Türkümüz adlı musiqidir.
Xətalı ələqələndiirlən və manipulyasiya edilən video orijinalından daha çox istifadəçi tərəfindən görüldü. 7 mart 2019-cu ildə paylaşılan orijinal video YouTube-da 14.376 dəfə görüntülənib, həqiqəti əks etdirməyən video isə sadəcə iddianın olduğu bir hesabda 24 min istifadəçi tərəfindən görülüb.
Daha əvvəl eyni video Rusiyada Türk pilotlarını göstərdiyi iddiası ilə yayılmışdı. Teyit bu iddianın doğru olmadığını ortaya qoymuşdu.
Nəticə etibarilə video Türklərə aid təyyarəni göstərmir. Videonun orijinalı Essential RC adlı hesaba aid video MiG-29 təyyarəsinin Aerofly RC 7 uçuş simulyatoru ilə hazırlanıb. İddiaya yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirmə deyə bilərik. Eyni zamanda video kəsilərək üzərinə musiqi əlavə edildiyi üçün iddianı manipulyasiya kateqoriyasına da aid edə bilərik.