YouTube-da 29 sentyabr 2020-ci ildə yayılan videonun türk F-16-sı tərəfindən vurulan Ermənistana aid SU-25 təyyarəsini göstərdiyi iddia edildi.
Kadrlar köhnədir
Video ilk olaraq 3 fevral 2018-ci ildə Suriyada vurulan bir rus təyyarəsini göstərdiyi iddia edilərək paylaşıldı. Videonun açıqlamasında Azad Suriya Ordusunun (Free Syrian Army) İdlibdə hava hücumundan müdafiə sistemi ilə SU-25 model təyyarəsini vurduğu ifadə edilib.
Bənzər tarixlərdə kadrlar fərqli hesablar tərəfindən paylaşılıb. Eyni tarixli başqa bir kanal tərəfindən paylaşılan videonun açıqlamasında isə Suriyadakı üsyançıların Rusiyaya məxsus bir təyyarəni İdlibdə vurduğu qeyd olunub.
Rus təyyarəsinin vurulması xəbəri dünyada fərqli xəbər saytlarında da əks olunub. Rusiya pilotun həyatını itirdiyini təsdiqləyib. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dimitri Peskov, Suriyalı müxalifətçilərin çiyindən atılan raketləri istifadə etməsinin bütün dövlətlər üçün böyük bir təhlükə olduğunu deyib.
Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ərazisində bir müddətdir yaşanan gərginlik 27 sentyabr artdı və bu günə qədər davam edən döyüşlər başladı. Mövzu ilə bağlı bir çox iddia ortaya atıldı. Ermənistan 29 sentyabr 2020-ci ildə bir türk F-16-sının özlərinə məxsus bir SU-25 tipli təyyarəni vurduğunu iddia etdi. Türkiyə və Azərbaycan isə bu iddiaları yalanladı.