Videonun Tovuzun Ağdam kəndindəki döyüşləri göstərdiyi iddiası

Videonun Tovuzun Ağdam kəndindəki döyüşləri göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Video Tovuzun Ağdam kəndində gedən döyüşləri əks etdirmir, Türkiyədə baş verən hadisədəndir.

Türkiyənin Sakarya vilayətində, 3 iyul 2020 tarixində fişəng fabrikində baş verən partlayışın videosunu Youtube-da tapmaq mümkündür.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Bir video sosial şəbəkədə Tovuzun Ağdam kəndində gedən döyüşləri əks etdirdiyi iddiası ilə paylaşıldı. Bu video Instagram-da 92 min dəfədən çox izlənildi.

videonun tovuzun agdam kndindki doyuslri gostrdiyi iddiasi 1

Lakin iddia doğru deyil. Video 3 iyul 2020 tarixində Türkiyənin Sakarya vilayətində fişəng fabrikində baş verən partlayışdandır. 

Video cəbhə xəttindəki qarşıdurmaya aid deyil

Azərbaycan cəbhə xəttinin Tovuz istiqamətində gedən döyüşlə əlaqəsi olduğu iddia edilən video iddiası həqiqəti əks etdirmir. Videodakı kadrlardan birini əks axtarış üsulu ilə Google, Yandex kimi axtarış motorlarında axtardığımız zaman bu videonun Türkiyənin Sakarya vilayətindən olduğuna dair xəbərlər və ya ən azından Tovuz istiqamətindəki döyüşlərdən əvvəl bir tarixdə paylaşıldığını görmək mümkündür.

sakarya kolaj videonun tovuzun agdam kndindki doyuslri gostrdiyi iddiasi

3 iyul 2020 tarixində Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verdi. Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə partlayış oldu. Rəsmi açıqlamalara görə hadisə zamanı fabrikdə 186 nəfər olub, 100-dən çox şəxs yaralanıb və 7 nəfər vəfat edib. Hadisə baş verdikdən sonra partlamayan fişəngləri və digər partlayıcıları təmizlənməsi üçün daşıyan yük maşını partladı və üç işçi həyatını itirdi. Hadisə ilə bağlı başqa video görüntülərə də rast gəlmək mümkündür.

sakarya goruntuler videonun tovuzun agdam kndindki doyuslri gostrdiyi iddiasi

Nəticə etibarilə Tovuzun Ağdam kəndindəki vəziyyətlə bağlı olduğu iddia edilən video əslində başqa zamanda baş verən fərqli bir hadisəni əks etdirir. Bu iddiaya yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirmə demək mümkündür.