Videonun Tovuz istiqamətindəki döyüşlərdən olduğu iddiası

Videonun Tovuz istiqamətindəki döyüşlərdən olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Videonun 2017-ci il 30 noyabr tarixində YouTube-a yüklənmiş versiyası mövcuddur.

Azərbaycan və Ermənistan arasındakı Tovuz istiqamətində gedən döyüşlər videonun internetə yükləndiyi tarixdən sonra 2020-ci il 12 iyul tarixində başlayıb.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan videonun Tovuz istiqamətindəki döyüşlərdən olduğu iddia edildi. Bu paylaşımlardan biri 154133 dəfə izlənilib.

videonun tovuz istiqamtindki doyuslrdn oldugu iddiasi instagram

Lakin iddia doğru deyil. Video Tovuz istiqamətindəki döyüşlərin başladığı tarixdən daha əvvəl YouTube-da yüklənib.

Video 2017-ci ildən YouTube-dadır

Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində gedən döyüşlər 12 iyul 2020-ci ildə başladı. Həmin döyüşlərdən olduğu iddia edilən videodan görüntüləri axtardıqda videonun YouTube-a 2017-ci il 30 noyabr tarixində yükləndiyini görmək mümkündür. 

Video türk istifadəçi tərəfindən “Türkiye Doçka Atışı” başlığı ilə paylaşılıb. Doçka (ДШК, Дегтярёва-Шпагина Крупнокалиберный”) Sovet tərəfindən hazırlanmış 12.7 mm-lik ağır pulemyotdur. Videoda Doçka atışını göstərdiyi iddia edilsə də videonun harada və nə zaman çəkildiyinə dair dəqiq məlumat yoxdur. Ancaq videoda türkcə danışıldığı anlaşılır. Videonun sürətini azaltdıqda 30-cu saniyədə “görüntü alabildin mi” kimi sözlər eşidilir. 

Nəticə etibarilə videonun 12 iyul 2020-ci ildə başlayan Tovuz istiqamətindəki döyüşlərdən olduğu iddiası yanlışdır. Video bu döyüşlərdən əvvəl, 2017-ci il 30 noyabr tarixində YouTube-da yüklənib. İddiaya yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirmə deyə bilərik.