Videonun Ukraynaya məxsus Bayraktarın Sevastopol şəhərində Rusiya ordusuna aid silahları məhv etdiyini göstərdiyi iddiası

Videonun Ukraynaya məxsus Bayraktarın Sevastopol şəhərində Rusiya ordusuna aid silahları məhv etdiyini göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Video Arma 3 oyunu ilə hazırlanıb.

Video YouTube-da Arma 3 ilə videolar hazırlayan kanalda yayınlanıb və simulyasiya olduğu bildirilib.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə yayılan bir videonun Ukrayna Rusya arasında davam edən müharibədən olduğu iddia edilib. İddiaya əsasən video, Kırımın Sevastopol şəhərində Ukraynaya məxsus Bayraktarın Rusiya ordusuna aid silahları məhv etdiyini göstərir.

iddia ekrani videonun ukraynaya mexsus bayraktarin rus silahlarini mehv etdiyi

Video Arma 3 oyunundandır

İddia videosunun ilk saniyələrində “Made with Arma 3” yazıldığını görmək mümkündür.

ekran bayraktar videosunun gercek oldugu iddiasi

Arma 3, Bohemia Interactive adlı şirkət tərəfindən hazırlanan hərbi simulyasiya video oyunudur. Videonu araşdırdıqda YouTube-da LRR adlı bir kanalda bir paylaşıldığını görürük. Kanalın açıqlama hissəsində də videonun Bohemia Interactive ilə hazırlandığı bildirilib.


Video oyunları münaqişə dövrlərində aktual hadisələrdən olduğu iddia edilərək tez-tez rastımıza çıxır.

Daha əvvəl də video
oyunlarından olan simulyasiyalar həqiqi olduğu iddiası ilə paylaşılıb və Teyit tərəfindən araşdırılıb.