Videonun Rusiyada səfərbərlik elanından sonra gizlənən şəxsi göstərdiyi iddiası

Videonun Rusiyada səfərbərlik elanından sonra gizlənən şəxsi göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Video 2015-ci ildəndir.

Video Yekaterinburqda məhkəməyə çıxmamaq üçün gizlənən şəxsi göstərir.

Sosial mediada yayılan görüntünün Rusiyadakı qismən səfərbərlik elanının ardından çəkildiyi iddia edilib. 

iddia ekrani rusiya seferberlik

Video 2015-ci ildəndir

Videodan alınan ekran görüntülərini əks axtarış üsulu ilə araşdırdıqda, 2015-ci ildən bəri internetdə olduğunu görürük. 2015-ci ilin fevral ayında yayımlanan xəbərlərdə, video Rusiyanın Yekaterinburq şəhərində məhkəməyə çıxmamaq üçün gizlənən vətəndaşı göstərdiyi məlumatı ilə paylaşılıb

Rusca xəbərdəki detallara əsasən, məhkəməyə çıxmaqdan yayınmaq istəyən Eduard adlı vətəndaşı icra məmurları anasının evində gizləndiyi soyuducuda tapıb. Oğurluqda təqsirləndirilən şəxs 26 fevral 2015-ci ildə keçiriləcək məhkəməyə qədər isə saxlanılıb.

Rusca açar sözlərlə axtarışa davam etdikdə də xəbər kanallarında videonun paylaşıldığını görürük

Rusiyada 21 sentyabr 2022-ci ildə qismən səfərbərlik elan edildi. Səfərbərlik qərarının ardından ölkənin bir çox şəhərində səfərbərlik əleyhinə protestolar keçirilib, bir çox Rusiya vətəndaşı ölkəni tərk edib.