Sosial mediada Ukrayna və Rusiya münaqişəsi ilə əlaqədar olduğu iddia edilən video paylaşılıb. Çox sayda tank və əsgərin olduğunu görünən videonun Rusiyanın Ukrayna sərhədindən olduğu iddia edilib.
Video 2018-ci ildə keçirilən Vostok hərbi təlimlərdəndir
İddia videosundan aldığımız ekran görüntülərini Yandex-də əks axtarış üsulu ilə araşdırdıqda köhnə tarixli xəbərlərə rast gəlirik. Video 2018-ci ildə Rusiyanın Çin və Monqolustanın iştirakı ilə keçirdiyi "Vostok-2018" hərbi təlimlərindəndir.
300.000 Rusiya hərbçisinin iştirak etdiyi "Vostok-2018" hərbi təlimləri, miqyasına görə Soyuq Müharibə dövrü bitəndən bəri ən irimiqyaslı hərbi təlimlər kimi adlandırılıb. Videonun aid olduğu sentyabr ayında isə təlimlər Tsuqol bazasında keçirilib.
Teyit Azərbaycanca, Ukrayna və Rusiya arasında 24 fevral 2022-ci ildə başlayan münaqişədən bəri internetdə hadisələrlə əlaqədar olduğu iddia edilən şübhəli iddiaları araşdırır və oxucularla paylaşır.