Videonun rus paraşütçülərin Xarkova enişini göstərdiyi iddiası

Videonun rus paraşütçülərin Xarkova enişini göstərdiyi iddiası

Bu məqalə 1 il əvvəl yazılmışdır.
Ali Osman Arabacı Sayyara Mammadova

Sosial mediada və xəbər saytlarında Ukrayna və Rusiya münaqişəsindən olduğu iddia edilən video, foto materiallar yayılmağa başlayıb. Bu videolardan birinin rus paraşütçülərin Ukraynanın Xarkov şəhərinə enməsini göstərdiyi iddia edilib. 

xarkov teyitaz ekran

Video 2016-cı ildən bəri paylaşılır

Videodan alınan ekran görüntülərini əks axtarış üsulu ilə Yandex-də axtardıqda, bənzər görüntlərin olduğu rusca paylaşımlara rast gəlirik. 2019-cu ildə video “Хахлы, Запомните, Именно Так Выглядят Российские Десантники” başlığı ilə paylaşılıb. Bu başlıq ilə axtarış etdikdə 2016-cı ildə paylaşılan başqa bir sosial media paylaşımına rast gəlirik.

xarkov ekran 2016

Video ilə axtarışa davam etdikdə Facebook-da yenə 2016-cı ildə paylaşılmış videoya rast gəlirik.

xarkov ekran 2014den bahseden

Videonun açıqlama qismində 2014-cü ilə aid olduğu və Rusiya Hava-desant qüvvələrinin (VDV) Rostov şəhərinə enişini göstərdiyi iddia olunsa da açar sözlər ilə axtarış etdikdə bunu təsdiqləmək üçün kifayət qədər etibarlı mənbəyə rast gəlinmir.

Videonun dəqiq olaraq hardan olduğu təsdiqlənməsə də 2022-ci il Xarkova eniş edən paraşütçüləri göstərdiyi iddiası doğru deyil. Video 2022-ci ildə başlayan münaqişədən illər əvvəl 2016-cı illərdən bəri paylaşılır. 

Faktlar

  • Video aktual deyil, 2016-cı ildən bəri paylaşılır.
  • 2016-ci il paylaşımlarında videonun 2014-cü ildə Hava-desant qüvvələrinin (VDV) Rostov şəhərinə enişini göstərdiyi deyilsə də təsdiqləmək üçün kifayət qədər sübut yoxdur.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
Sahar TV, 23/02/2022
agdas.tv, 3.371 etkileşim aldı. 23/02/2022
bizimmediaaz, 17.984 etkileşim aldı. 23/02/2022
hamısını göstər
whatsapp banner az