Videonun rus əsgərlər üçün qazılan qəbrləri göstərdiyi iddiası

Videonun rus əsgərlər üçün qazılan qəbrləri göstərdiyi iddiası

Faktlar

Video 2021-ci ilin oktyabr ayına aiddir.

Video Rusiyanın Surgut şəhərindəndir. Qəbiristanlıqdan verilən açıqlamada hava temperaturu düşmədən əvvəl qışa hazırlıq üçün qazdıqlarını, hər il etdiklərini bildirib.

Surqut şəhərində hava temperaturu videonun çəkildiyi oktyabr ayındakı orta yüksək temperatur olan 2.1°C noyabr ayında -8.8°C-ə düşür.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir videonun rus əsgərlər üçün qazılmış qəbrləri göstərdiyi iddia edilib.

teyitaz iddia ekran mezarlar

Video 2021-ci ildəndir

İddianın mənbəyini araşdırdıqda Ukrayna dilində paylaşılan 4 mart 2022 tarixli bir paylaşıma rast gəlmək mümkündür. Videodan aldığımız ekran görüntüsünü Yandex-də araşdırarkən 2021-ci ildən bəri internetdə paylaşıldığını görürük. Video 2021-ci il oktyabr ayında Rusiyanın Surqut şəhərində çəkilib. Videoda rus dilində həmin yerin şəhər qəbiristanlığı olduğu, hazırlıq getdiyi və dördüncü dalğanın yaxınlaşdığı kimi şərhlər səsləndirilib. Video həmin dövrdə internet istifadəçilərinin bunu Covid-19 peyvəndləri ilə əlaqələndirib.

Video ilə bağlı açıqlama verən qəbiristanlıq, bunun qışa hazırlıq üçün qazıldığını və normal olduğunu bildirib, ötən il də 600 qəbrin qazıldığı da əlavə edilib. Surqut şəhərində videonun çəkildiyi oktyabr ayındakı orta yüksək temperatur olan 2.1°C noyabr ayında -8.8°C-ə düşür.


Daha əvvəl Turkiyənin Ərzurum şəhərində də qışa hazırlıq üçün videodakına bənzər tədbirlər
görülüb