Videonun raket atan Ermənistan əsgərini göstərdiyi iddiası

Videonun raket atan Ermənistan əsgərini göstərdiyi iddiası

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Seçil Türkkan

Çiynində odlu silah tutan bir əsgəri göstərən videonun Ermənistan ilə Azərbaycan arasında gedən döyüşlər zamanı çəkildiyi iddia edildi. Facebookda 4 milyondan çok izlənən videoda Erməni olduğu irəli sürülən əsgərin yaşadığı çətinlik istehza ilə qarşılanıb.

roket karabag iddiasi

Video sentyabr ayında lentə alınıb

İddiadakı görüntüləri əks axtarış üsulu ilə axtardığımız zaman videonun 6 sentyabr tarixində, yəni 27 sentyabr günü başlayan Ermənistan-Azərbaycan döyüşlərindən əvvəl paylaşıldığını görürük. 9 sentyabr tarixində “Militaryleak” adlı bir internet səhifəsində videonun Rusiyada çəkildiyi qeyd olunub və silahın 9K38 Igla MANPAD adlı Rus raket olduğu məlumatına yer verilib. Eyni video 7 sentyabr tarixində YouTubeda, daha sonra isə Redditdə paylaşılıb.

Xəbəri Rus dilindəki mənbələrdə axtardığımız zaman 6 sentyabr tarixli bir məzmunla rastlaşırıq. Xəbər eyni tarixlərdə Türkiyədə də yayınlanıb. Yəni Azərbaycan və Ermənistan arasındakı döyüşlər zamanı çəkildiyi yönündəki iddialar əsassızdır.

karabag roket tarih

Video Beynəlxalq Ordu Oyunlarında çəkilib

Xəbərlərdə videonun Rusiyada beş ildir təşkil edilən və bu il 23 avqust - 5 sesntyabr tarixləri arasında keçirilən International Army Game (Beynəlxalq Ordu Oyunları) adlı yarışmada lentə alındığı bildirilir. Yenə xəbərlərə görə, videoda yaşanan qəzanın səbəbi silahın lüləsindəki tıxanma olub

Yarışma haqqındakı məlumatları 2020 Beynəlxalq Ordu Oyunlarının internet səhifəsindən də əldə etmək mümkündür. Videoda da görünən, “Clear Sky” kateqoriyasında yarışan əsgərlərin MANPAD adlı silahdan istifadə etməli olduqları açıq bir şəkildə qeyd olunub.

roket karabag iddia

Çiyində daşınan, təyyarə əleyhinə raket sistemi MANPAD 1983-cü ildə Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən istehsal edilib.

Faktlar

  • Video döyüşlərdən əvvəl, sentyabr ayının əvvəllərində çəkilib
  • Video Rusiyada təşkil edilən 2020 Beynəlxalq Ordu Yarışları zamanı lentə alınıb
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
Tarık Yiğit, 22.000 etkileşim aldı. 06/10/2020
Karadeniz News, 74.000 etkileşim aldı. 03/10/2020
instagram banner az