Videonun Qarabağdan olduğu iddiası

Videonun Qarabağdan olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Videonun 2019-cu ildə paylaşılmış uzun versiyası mövcuddur və bu tarix 2020-ci il 12 iyul başlayan Tovuz döyüşlərindən köhnə olduğuna dair sübutdur.

Videodakı hərbi maşının üzərindəki logo Əfqanistan xüsusi təyinatlı qüvvələrinə aiddir.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir videonun Qarabağdan olduğu iddia edildi. Video mindən çox Facebook istifadəçisi tərəfindən paylaşıldı.

videonun qarabagdan oldugu iddiasi elvin cavadzade

Lakin videonun Qarabağdan olduğu iddiası doğru deyil. Videodakı hərbi maşının üzərində Əfqanıstan xüsusi təyinatlı qüvvələrinə aid logo mövcuddur. 

Videodakı hərbi maşın Əfqanıstan xüsusi təyinatlılarına aiddir

Videodan olan kadrları Google, Yandex və Bing kimi axtarış motorlarında əks axtarış üsulu ilə araşdırdıqda videonun başqa tarixlərdə paylaşılmış tam versiyalarını tapmaq mümkündür. Bu video həm 2019-cu ilin oktyabrında həm də 2020-ci ilin may ayında sosial şəbəkədə paylaşılıb. Videonun sosial şəbəkədə paylaşıldığı bu tarixlər, Azərbaycan və Ermənistan arasında  2020-ci il 12 iyul tarixində Tovuz istiqamətində başlayan döyüşlərdən daha köhnə tarix olduğunu göstərir.

Videonun tam versiyasına baxdığımız zaman ilk saniyədəki görüntülərdə olan hərbi maşının emblemi bizə bu videonun Qarabağdan olmadığına dair ipucu verir. 

videonun qarabagdan oldugu iddiasi 2

Ətraflı axtarış etdiyimiz zaman bu emblemin Əfqanıstan xüsusi təyinatlarına aid olduğunu görürük. Yəni videonun nə Azərbaycan nə də Ermənistan ilə bir əlaqəsi yoxdur.

videonun qarabagdan oldugu iddiasi 3

videonun qarabagdan oldugu iddiasi armalar

Logoların olduğu fotolardan biri Wikimedia-ya istinadən, 2010-cu il may ayında çəkilib və  Əfqanıstan Milli Ordusunun ilk elit xüsusi qüvvələr bölməsinin məzuniyyətindədir. The Defense Post-a istinadən, logonun göründüyü digər foto isə 4 aprel 2013 tarixində çəkilib və bir Əfqanıstan Milli Ordusunun xüsusi təyinatlı əsgərinin Helmand əyalətində, potensiyal Əfqan Yerli Polis namizədi ilə söhbətini göstərir. Digər foto isə Stripes tərəfindən yayınlanan xəbərdə istifadə edilib.

Bundan əlavə, iddiadakı video daha əvvəl Səudiyyə Ərəbistanından olduğu iddiası ilə də paylaşılmışdı, lakin iddianın doğru olmadığını fakt yoxlama qurumu No Rumors da bildirmişdi.

Nəticə etibarilə videonun Qarabağdan olduğu iddiası doğru deyil. İddia yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirməyə örnəkdir.