Videonun Qarabağ döyüşlərini izləyən İranlıları göstərdiyi iddiası

Videonun Qarabağ döyüşlərini izləyən İranlıları göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Video 2019-cu ilin noyabr ayından bəri paylaşılmaqdadır

Video 2019-cu ildə Rusiyanın Raket Qoşunları və Artilleriya Günü tədbirinə dair xəbərlərdə istifadə edilib.

Videoda danışıqların Rus dilində olduğu eşidilir

Videodakı şəxslərdən birinin üzərində “Russia” yazılan geyimdə olması ən nəzərəçarpan ipucudur

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkələrdə paylaşılan bir videonun Azərbaycan ilə Ermənistan arasında 27 sentyabr 2020-ci ildə başlayan döyüşlərə tamaşa edən İran sakinlərini göstərdiyi iddia edildi. İddia Malay, İspan, Çin, İngilis və Türk dillərində də yayılıb.

karabag savasi iddia

Video 2019-cu ildəndir

İrandan olduğu iddia edilən videodan InVID vasitəsilə alınan kadrlar əks axtarış üsulu ilə axtarıldığı zaman, keçmiş tarixli və rus dilində olan paylaşımları tapmaq mümkündür. Əldə etdiyimiz ən köhnə paylaşımlar 2019-cu ilin noyabr ayına aiddir.

YouTube platformasında 27 noyabr 2019-cu il tarixində paylaşılan videonun başlığı “BM-21 GRAD (БМ-21 "Град") - Rapid Fire” şəklindədir.

Videonun başlığında adı keçən BM-21 GRAD silahı Sovet istehsalı olan reaktiv yaylım atəş sistemidir. 17 və 18 noyabr 2019-cu il tarixlərində tədbirlə əlaqədar paylaşılan xəbərlərdə də eyni videodan istifadə olunub. Xəbərlərdə görüntülərin Rusiyanın Raket Qoşunları və Topçu Günündən olduğu da vurğulanır. Rusiyada 31 may 2006-cı il tarixində verilən bir qərarla ölkədə hər il 19 noyabr günü Raket Qoşunları və Topçu Günü olaraq qeyd edilir.

Videoda başqa ipucları ilə də rastlaşmaq mümkündür. Məsələn, ilk saniyələrdə və 26. saniyədə görünən və üzərində “Russia” yazısı olan geyim geyinmiş şəxs də bu ipuclarından biridir.

sirttaki rusya detayi

Eyni zamanda videoda əsgər geyimində olan və əsgər papağı taxan şəxs də ipucu sayıla bilər. Bu papaqlar adətən Rus əsgərləri tərəfindən istifadə edilir.

rusya sapka detayi

Bundan əlavə, videonun səsini diqqətlə dinlədiyimiz zaman 26. saniyədən sonra rus dilində cümlələr eşitmək mümkündür. Məsələn, 35. saniyədə tamaşaçılardan birinin “qulaq as” mənasını verən “cлушай” kəliməsini dilə gətirdiyini eşitmək mümkündür.