Videonun Putinin Zelenskini səhnədən izlədiyini göstərdiyi iddiası

Videonun Putinin Zelenskini səhnədən izlədiyini göstərdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Görüntü iki ayrı videonun montajıdır.

Putinin görüntüsü 2016-cı ildən, Zelenksinin görüntüsü 2018-ci ildəndir.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir videonun 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodomir Zelenskini səhnədə izlədiyini göstərdiyi iddia edilib.

ekran putinin zelenskini seyrettigi iddiasi teyitaz

İki fərqli video birləşdirilib

İddia videosunda Zelenskinin göründüyü kadrları əks axtarış üsulu ilə araşdırdıqda 27 oktyabr 2018-ci ilə aid olduğunu görürük.


Volodomir Zelenski 2019-cu ildə Ukrayna prezidenti seçilməzdən əvvəl aktyor kimi fəaliyyət göstərirdi. Zelenskinin göründüyü kadrlar “Kvartal 95 Studio” adlı Ukrayna televiziya şousundandır. Verilişdə “Танці з зірками” (Ulduzlarla Rəqs) şousunun parodiyası göstərilib. Zelenskinin çıxış etdiyi kadrlarda tamaşaçılar arasında Rusiya prezidenti Vladimir Putin görünmür.

İddia videosunda Rusiya prezidentinin göründüyü kadrları tapmaq üçün rus dilində açar sözlərlə axtarış etdikdə 2016-cı ilə aid olduğunu görürük. Rusiya KVN-in rəsmi kanalında yer alan 27 noyabr 2016-cı il buraxılışında tamaşaçılar arasında Vladimir Putin də var