Videonun nəfəsinizi tutaraq ağciyərinizin sağlamlığını test edə biləcəyinizi göstərdiyi iddiası

Videonun nəfəsinizi tutaraq ağciyərinizin sağlamlığını test edə biləcəyinizi göstərdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Ağciyərin sağlamlığı bəzi cihazlar və testlər ilə həkim nəzarətində ölçülür.

Nəfəsi uzun müddət saxlamaq ağciyərin sağlam olduğu mənasına gəlmir.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir video sayəsində izləyicilərin ağciyərinin sağlamlığını ölçə biləcəyi iddia olunub. Videoda müəyyən edilən müddət ərzində, nəfəsi saxlayaraq ağciyərin sağlamlığının ölçülə biləcəyi iddia edilir.

teyitaz akciger testi videosu

Ortalama bir insan nəfəsini 30-90 saniyə saxlaya bilər. Bu müddət siqaretdən istifadə, başqa problemlərə və yaxud nəfəs təlimləri kimi faktorlara əsasən dəyişiklik göstərə bilər. Lakin nəfəsi saxlamaq müddəti özbaşına ağciyərin tutumunu ölçmək üçün etibarlı və kifayət deyil. Nəfəsinizi az və ya çox saxlaya bilməyiniz fərqli səbəblərdən ola bilər.

Ağciyərin sağlamlığı bəzi cihazlar ilə həkim nəzarətində ölçülür

Ağciyər həcmi, əsasən sinə xəstəlikləri mütəxəssislərinin müayinəsində aparılan tənəffüs funksiya testləri vasitəsilə ölçülür. Bu testlər, ağciyərlərinizin nə qədər işlədiyini ölçmək üçün birdən çox üsul və cihaz ilə edilir.

Tənəffüs funksiya testlərində tibb işçisi əvvəlcə normal nəfəs alıb verməyinizi, daha sonra isə sürətlə dərin nəfəs alıb yenə sürətli şəkildə bir neçə saniyədə bütün nəfəsinizi buraxmağınızı istəyir.

Tənəffüs funksiyası testləri bir çox şəxs üçün təhlükəsiz olaraq dəyərləndirilir. Bəzi xəstələrdə baş gicəllənməsi və huşunu itirmə ola biləcəyi deyilir. Astma xəstərində də test ərzində reaksiya ola bilər. Son bir ay ərzində keçirilmiş infarkt, yaxın zamanda keçirilmiş qarın, sinə və göz əməliyyatı, plevrada hava toplanması kimi hallarda bu test tövsiyə edilmir.

Müəyyən edilən hər növ tibbi yan təsir və tədbiri nəzərə aldıqda, ağciyərin həcmini ölçmək üçün həyata keçirilən testlərin, xəstənin tibbi məlumatlarına sahib olan bir mütəxəssis nəzarətində aparılmalı olduğunu görürük.

Evdə ağciyər həcmini ölçməyin bəzi üsulları var, lakin bu üsullar da həkim tərəfindən tövsiyə edildikdə və bir neçə təchizatlarla mümkündür. Məsələn, gündəlik tənəffüsdə problemləri izmələk və qiymətləndirmək üçün "peak expiratory flow" və ya bir spirometrdən istifadə olunur

Lakin bunlar sağlam insanlara yox, izlənilməli olan Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (XOAX), astma kimi xəstəlikləri olan şəxslərə tövsiyə olunur

Teyit, mövzu haqqında məlumat almaq üçün Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyi (TÜSAD) ilə əlaqəyə keçdi. İdarə Heyətinin üzvü Dosent Dr. Muzaffer Onur Turan, ağciyərlərin həcmi və funksional vəziyyətinin "tənəffüs funksiyası testi" adı verilən proses ilə obyektiv olaraq ölçülə biləcəyini dedi. Tənəffüs funksiyası testləri xəstəxanalarda aparıla bilir. Bu test ilə ağciyərlərin ala bildiyi hava həcmi və bu havanın ağciyərə alınıb verilməsi zamanı yaranan hava axımının sürəti ölçülə bilir. Xəstəxana mühitində aparılan bu test sayəsində həm ağciyərin həcmi dəyərləndirilə bilir, həm də astma və ya XOAX kimi xəstəliklərin diaqnozu qoyula bilir. Bu testlərin yalnız astma xəstələrində diaqnoz və izləmə üçün istifadə edildiyini vurğulayan M. O. Turan, videolarda verilən nəfəsi neçə neçə saniyə saxlamanın ağciyər fəaliyyətini yox, sadəcə neçə saniyə nəfəsimizi saxlaya bildiyimizi göstərdiyini də sözlərinə əlavə etdi.

Yəni nəfəsi uzun müddət saxlaya bilmək, ağciyərin sağlam olduğunu mənasına gəlmir. Ağciyərlərin sağlamlığını yoxlamaq üçün lazımı müayinələr və testlər həkimlər tərəfindən aparılmalıdır.

İddia videosuna bənzər bir video eyni iddia ilə türkcə də paylaşılıb və Teyit bununla bağlı analiz hazırlayıb. Eləcə də Türkiyədə də bir çox paylaşımda yer alan video ilə bağlı Sinə xəstəlikləri üzrə mütəxəssis Professor Muhammed Akkoyunlu CNN Türk-ə açıqlama verərək bu testin həqiqəti əks etdirmədiyini bildirib