Sosial şəbəkələrdə və xəbər saytlarında paylaşılan video görüntünün "Napoli"nin çempionluğunu qeyd etdiyi zaman çəkildiyi iddia edilib.
Video 2023-cü ilin yanvar ayında çəkilib
İddiadakı videodan kəsdiyimiz hissələrlə tərsinə foto axtarışı apardığımız zaman fotoların 1 yanvar 2023-cü ildə çəkildiyini görürük.
"CalcioNapoli24" xəbər kanalı tərəfindən paylaşılan videonun açıqlama hissəsində, "2023-cü il yeni il şənlikləri zamanı Neapol şəhərinin hər yerində fişənglərin atıldığı" ifadə edilib.
Mövzu ilə bağlı açar sözlərlə araşdırma apardığımız zaman video ilə bağlı xəbər saytında "CalcioNapoli24" xəbər kanalının dərc etdiyi yazıya rast gəlirik. Xəbərdə Neapol ilə əyalət arasında 2023-cü il Yeni il şənlikləri zamanı 16 nəfərin yaralandığı qeyd edilib. Bayram şənlikləri zamanı atəşfəşanlığın partlaması nəticəsində 77 yaşlı bir kişinin barmaqlarını itirdiyi də bildirilib.
Yəni görüntülər "Napoli"nin çempionluq qeyd etmələrinə aid deyil.
"Napoli" 33 ildən sonra çempion olub
4 may 2023-cü ildə İtaliya A Seriyasında keçirilən "Udineze" - "Napoli" matçının 1:1 hesabı ilə başa çatması ilə "Napoli" 33 ildən sonra çempion olub.
"Napoli" çempion olduqdan sonra şəhərin bir çox yerlərində bayram tədbirləri keçirilib. Çempionatın müəyyənləşdiyi “Udineze” matçının keçirildiyi “Daçiya Arena”da və onun ətrafında bayram şənlikləri başlayıb.
2023-cü il mayın 7-də "Dieqo Armando Maradona" stadionunda "Fiorentina" ilə oyundan sonra "Napoli" çempionluğunu öz azarkeşləri qarşısında qeyd edilib.