Videonun məşqçi Pep Guardiolanın sevinc anlarını göstərdiyi iddiası

Videonun məşqçi Pep Guardiolanın sevinc anlarını göstərdiyi iddiası

Bu məqalə 1 il əvvəl yazılmışdır.
Ali Osman Arabacı

Bir videonun Manchester City-nin baş məşqçisi Pep Guardiolanın çempionluğu qeyd etdiyi anları göstərdiyi iddia olunub.

iddia ekrani guardiola teyitaz

Videodakı şəxs Brandon Ashton adlı klub işçisidir

Manchester City komandasının son həftədə gələn çempionluğu azarkeşlər və klub işçiləri tərəfindən sevinclə qarşılandı. Lakin geyim otağında çəkilən videodakı baş məşqçi Guardiola deyil, klubda təchizatçı kimi fəaliyyət göstərən Brandon Ashtondur.

Video Britaniya mətbuatında da yayılıb. Videonun klubda sevilən və saçı olmadığı üçün baş məşqçiyə bənzədilən Ashton adlı işçinin sevinc anlarını göstərdiyi bildirilib.

Videodan alınan ekran görüntülərinə nəzər yetirdikdə də həmin şəxsin Guardiola olmadığını görürük.

city 3

city 5

Ashton kadrları İnstagram hekayəsində də paylaşıb.

city 7

Ashton daha əvvəl də komandanın qələbəsini bənzər şəkildə qeyd edib. 2019-ci ildə komanda FA Cup qazandığı zaman bənzər kadrlar çəkilib.

city 6

Son beş ildə dördüncü dəfə çempion olan komandanın baş məşqçisi Guardiola artıq əfsanəyə çevrildiklərini deyib.

Faktlar

  • Videodaki şəxs Guardiola deyil.
  • Kadrlardakı şəxs klubda təchizatçı işləyən Brandon Ashtondur.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
whatsapp banner az