Videonun Laçını tərk etmək istəməyən erməni bir qadını göstərdiyi iddiası

Videonun Laçını tərk etmək istəməyən erməni bir qadını göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Videonun mənbəyi TikTok-da 12 noyabr 2020-ci il mizah məqsədilə olan paylaşımdır.

2012-ci ildən bəri internetdə olan video həbs edilən bir rumıniyalının yaxınlarının reaksiyasını əks etdirir.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada və xəbər saytlarında paylaşılan bir videonun Laçını tərk etmək istəməyən bir erməni qadını göstərdiyi iddia olundu.

lacinden cikmak istemeyen ermeni kadin iddiasi

Video 2012-ci ildən bəri internetdədir

Paylaşımlardan birində videonuz üzərindəki TikTok loqosu və istifadəçi adını göstərən “@bai_serif” nəzərə çarpır. Bu hesabın TikTok üzərində paylaşdığı videolara baxdıqda iddia videosunu tapmaq mümkündür.

bai serif tiktok

Videoda istifadə edilən “#funnyvideos” kimi taglardan və üzərindəki acel moment cand vezi subiectele la examen” yəni rumın dilindən tərcüməsi “imtahan mövzularını görəndə” cümləsindən bu videonun mizah məqsədilə paylaşıldığı başa düşülür. Videonun şərh bölməsində Azərbaycan dilində yazılan mesajlardandan da bu iddianın TikTok vasitəsilə yayıldığını təxmin etmək mümkündür.

Bəzən videolar internetdə köhnə tarixə paylaşılmış olsa da yeni hadisələrlə əlaqələndirilir. TikTokda videoların hansı tarixdə yükləndiyini birbaşa görmək olmur. Bunun üçün iddia videosu olan səhifəyə gəlib mausun sağ düyməsinə kliklədikdən sonra “view page source” seçiminə klikləyirik. Daha sonra creatTime yazısını “CONTROL + F” ilə tapırıq və önündəki 10 rəqəmli zaman damğası kodunu Epoch Convertor üzərində baxırıq. Video 2020-ci ilin 12 noyabr tarixində TikTok üzərində paylaşılıb.  

tiktok olusturulma tarih

convert epoch to human

Video 10 noyabr tarixində Azərbaycan və Ermənistan arasındakı müharibənin bitdiyi və atəşkəsin imzalandığı gündən iki gün sonra paylaşılıb. Bundan əlavə Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet səhifəsində yayınlanan xəbərə əsasən Laçın rayonu Azərbaycana 1 dekabr tarixində geri qaytarılıb. 

Videonu InVid istifadə edərək əks axtarış üsulu ilə araşdırdıqda nəticə çıxmır. Bunun için TikTok üzərində paylaşılan videonun şərhlərinə baxdıqda “Bercea Mondial”  və Rumıniyanın şəhəri olan  “Slatina”-da  videonun çəkildiyinə dair şərh nəzərə çarpır. 

tiktok serhi

TikTok videosundakı şərhlərdən

Bu açar sözləri istifadə edərək internetdə rumın dilində detallı axtardıqda isə əslində 2012-ci ildən bəri internetdə olduğunu görürük. “Ionuţ Jifcu” adlı YouTube kanalı tərəfindən 22 fevral 2012-ci ildə paylaşılan videonun açıqlama qismində videonun Rumıniyada “Bercea Mondial” adlı şəxsin həbsinə ailəsi və yaxınlarının verdiyi reaksiya olduğu qeyd olunub

Yəni videonun Azərbaycan və ya Ermənistan ilə bir əlaqəsi yoxdur. İllər sonra videodan qadının qışqırdığı hissələr kəsilərək mizah məqsədilə internetdə paylaşılıb.