Sosial şəbəkədə paylaşılan bir video postda, videonun Frankfurt havalimanında həyat yoldaşının baş örtüsünü açmağa çalışan polisi döyən Türkiyə vətəndaşını göstərdiyi iddia olunub.
Video 2016-ci ildəndir
Videodan aldığımız ekran görüntülərini əks axtarış üsulu ilə araşdırdıqda 2016-ci ildən bəri internetdə paylaşıldığını görürük. 2016-ci ildə yayımlanan xəbərlərə nəzər yetirdikdə isə Frankfurt havalimanında pis hava şəraitinə görə dayandırılan uçuşlar olduğunu və həmin gün videodakı hadisənin baş verdiyini öyrənirik. Həmin xəbərlərdə videonun polşalı reper Schwesta Ewa tərəfindən Facebook-da paylaşılmasının ardından yayıldığı bildirilib. Axtarış etdikdə, 26 iyul 2016-cı il tarixli video postu Facebook-da tapmaq mümkündür.
Hadisə başörtüsü ilə bağlı deyil, polisi döyən şəxs isə ingilisdir
Hadisə ilə bağlı Frankfurt polisinin Spiegel-ə verdiyi açıqlamada, 23 iyul 2016 tarixində pis hava şəraitini görə uçuşların dayandırıldığını bildirib. Polisə hücum edən şəxsin isə həyat yoldaşının dövran sistemindəki pozuntulara görə narahatlıq keçirən 38 yaşlı bir ingilis olduğunu bildirib. Sosial şəbəkədə video yayıldıqdan sonra gələn şərhlər arasında, "terror" "hücum" və "baş örtüsünün açılmağa məcbur edilməsi" kimi iddiaların əsassız və yanlış olduğunu bildirib.
Frankfurt polisinin rəsmi Facebook səhifəsində hadisə ilə bağlı verdiyi 27 iyul 2016 tarixli açıqlamanı da tapmaq mümkündür.
Frankfurt havalimanının sərnişinlərin əl baqajlarının yoxlanılması haqqında məlumat səhifəsində baş örtüsü haqqında hər hansı bir qaydaya yer verilməyib. Avropa Birliyi Təməl Haqlar Agentliyinin 2014-cü ildə yayımladığı “Hava limanlarında əsas hüquqlar: Avropa Birliyindəki beş beynəlxalq hava limanında sərhəd nəzarəti” adlı hesabatda, Frankfurt havalimanında bir qadın sərnişinin, havalimanının ictimai bir yerində şəkil çəkmək üçün baş örtüsünü çıxarmasını istəməsi halından bəhs edilir.