Videonun göyərçinin səcdə etdiyini göstərməsi iddiası

Videonun göyərçinin səcdə etdiyini göstərməsi iddiası

Yanlış Yanlış

Faktlar

Videodakı göyərçində infeksiya səbəbi ilə tortikolis yaranıb.

Tortikolis başın bir tərəfə əyilməsi deməkdir.

Qaynaqlarda tortikolisin fotoşəkilləri videodakı göyərçinlə uyğun gəlir.

Sosial media və bəzi xəbər saytlarında paylaşılan videoda göyərçinin Məkkədə camaatla birlikdə səcdə etdiyi iddia edilib. Videoda göyərçinin başını önə əyərək dayandığı görünür.

guvercin iddia gorsel az

 Göyərçində infeksiyaya bağlı tortikolis meydana gəlib

 Göyərçin, səcdə, məkkə kimi açar sözlər ilə axtarış edərkən Uzman baytar həkimi Gökçə Coşqunun videodakı göyərçində infeksiyaya bağlı tortikolis meydana gəldiyini söylədiyi ortaya çıxır.

Tortikolis əyri boyun sindromu mənasına gəlir və özü yaranan xəstəlik deyil. Bir çox quşda infeksiyaya bağlı olaraq ortaya çıxan bu xəstəlik baş və boyun nahiyələrinə təsir edir.

 Teyitin əlaqə saxladığı baytar həkimi Gökçə Coşqun tortikolis simdromu olan quşlarda bəzi vitamin əskiklikləri ilə birlikdə qulaq və viral infeksiyaların da ortaya çıxa biləcəyini söyləyib. Eyni zamanda tortikolisli quşlarda şüşə pəncərəyə çırpılma kimi travma hallarına da rast gəlinə bilir. Baytar həkimi Gökçə Coşqun tortikolisin insan daxil bütün heyvanlarda görülə biləcəyini əlavə edib.

 Coşquna görə tortikolis simptomunun göründüyü hallarda halsızlıq, göz və burun axıntıları da ortaya çıxırsa viral infeksiya ehtimalı artır. 

 Qaynaqdakı fotolar videodakı göyərçin ilə eynidir

Elmi qaynaqda tortikolis simptomuna örnək göstərilən fotolarda göyərçinlərin boyunları əyri görünür və göyərçinlər adətən başlarının üst hissəsini yerə doğru əyir. Örnək fotodakı göyərçinlərin duruşu videoda göyərçinlə bənzərlik təşkil edir.

az guvercin tortikolis

“Youtube”da infeksiyaya bağlı tortikolis yaranan başqa bir göyərçinin görüntülərinə rast gəlmək olur. Eyni zamanda göyərçinin başı yerə doğru əyilib.

Tortikolis aşkar olunan quşların fotoları “Facebook”dakı “Göyərçin Xəstəlikləri Dərman və Müalicə Metodları” adlı grupda da mövcuddur. Yəni göyərçinin videoda başını yerə əyməsinin səbəbi tortikolis sindromudur. Hələki dini inanc təcrübələrini sərgiləyən tək canlı insandır.

 Digər tərəfdən göyərçinlərin səcdə etdiyi iddiası yeni deyil. Eyni iddia fərqli göyərçin görüntüləri ilə uzun zamandır paylaşılır.