Sosial mediada yayılan bir videoda kadrların Göyçə gölünü göstərdiyi iddia olundu. Bu paylaşımlardan biri sosial şəbəkədə 200 mindən çox izlənilib.
Videonu diqqətlə izlədikdə üzərində TikTok hesabının adını görmək mümkündür. TikTok hesabına nəzər yetirdikdə isə videonun paylaşıldığını görürük.
Bu videonun doğru olub olmadığını yoxlamaq üçün bir neçə yol izləyə bilərik. Əvvəlcə Peakvisor istifadə edərək Göyçə gölü və ətrafındakı dağların strukturuna nəzər yetirək.
Solda iddia videosundakı göl, sağda Göyçə gölü
Müqayisə etdikdə videodakı kadrlar ilə Göyçə gölü və ətrafının bir birinə bənzəmədiyini görürük. Xəritə üzərindən gölə yaxında baxdıqda da videodakı qıvrımın olmadığını görürük.
Mənbə: Peakvisor
Mənbə: Peakvisor
Videonun Göyçə gölündən olmadığını artıq bilirik. İndi isə əslində harada çəkildiyinə nəzər yetirək. Axtarış motorlarında əks axtarış üsulu ilə araşdırdıqda konkret nəticə əldə edə bilmirik. Digər yandan videonun ilk paylaşıldığı yer olan TikTok-da gələn şərhlərə nəzər yetirdikdə bir istifadəçinin videonun Eğirdir gölündən olduğunu iddia etdiyini görürük.
Peakvisor vasitəsilə koordinasiyaları girib gölün strukturuna nəzər yetirdikdə videodakılar ilə bənzərlik təşkil etdiyini görürük.
Mənbə: Peakvisor
İddia videosundan bir kadr ilə xəritədəki dağları və strukturu müqayisə etdikdə eyni olduğunu görürük.
İddia videosu və Eğirdir gölü ətrafının müqayisəsi, Peakvisor
Həmçinin axtarış motorlarında açar sözlərlə axtarış edərkən çıxan nəticələr də videonun Sivri Təpədən Eğdir gölünü göstərdiyini sübut edir. Bu videolardan birində Türkiyə bayrağı və yanındakı daş iddia videosunda da mövcuddur.
YouTube videosu ilə iddia videosunun müqayisəsi
Nəticə etibarilə videonun Göyçə gölünü göstərdiyi iddiası yanlışdır.