Sosial mediada paylaşılan videolardan birinin Fransadakı təqaüd islahatına qarşı etirazlarda qeydə alındığı iddia olunub.
Video yeni deyil
Videodan götürülən ekran görüntüləri ilə əks axtarış edərkən videonun köhnə tarixə aid olduğunu görürük.
Görüntülər 2022-ci il dekabrın 24-də Ahmet Kaya Mədəniyyət Mərkəzinin yaxınlığında üç nəfərin öldürülməsi və üç nəfərin də yaralanmasından sonra baş verən etirazlarda qeydə alınıb.
Media qurumu olan NEXTA 2022-ci il dekabrın 24-də eyni videonu etirazlarda çəkilən fərqli görüntülərlə birlikdə paylaşıb.
Parisdə 2022-ci il dekabrın 23-də Ahmet Kaya Kürd Mədəniyyət Mərkəzinə edilən hücum nəticəsində üç nəfər həyatını itirmişdi. Fransadakı Kürd Demokratik Şurasının çağırışından sonra minlərlə şəxs Parisdəki Cümhuriyyət Meydanına toplaşmışdı.
Cümhuriyyət Meydanı yaxınlığındakı bulvarda bəzi etirazçılarla polis arasında qarşıdurma meydana çıxmışdı. Qarşıdurmaların gün ərzində daha da şiddətlənərək davam etdiyi, etirazçıların bəzi yollarda barrikadalar qurduğu və bəzi avtomobillərin yandırıldığı da görülmüşdü.
Fransada təqaüd islahatına qarşı etirazlar davam edir
Fransada təqaüd etirazına qarşı etirazlar davam edir. Təqaüd yaşını mərhələli olaraq 64-ə çıxaracaq islahatla bir şəxsin 2027-ci ildə təqaüdünü tam şəkildə ala bilməsi üçün 43 il boyunca təqaüd kapitalı yığması lazımdır.
Fransa Daxili İşlər Naziri Gerald Darmanin 450-dən çox etirazçının saxlanıldığını, 441 polisin yaralandığını açıqlayıb.
Etirazlardan sonra hökumət hələ ki, geri addım atmayıb. Röyters Fransadakı etirazlarda son illərin ən ağır küçə şiddətinin baş verdiyini bildirib. Agentlik Prezident Emmanuel Makronun böhranı ortadan qaldırmaq üçün həll yolu tapmaqda basqı altında olduğunu açıqlayıb.