Fransada 17 yaşlı miqrant gəncin polis gülləsi ilə öldürülməsindən sonra polislə nümayişçilər arasında şiddətli insidentlər yaşanıb. Polisin qadını dəyənəklə döyərək bibər qazı səpdiyini əks etdirən videonun da Fransadan olduğu iddia edilib.
Görüntülər İtaliyadandı
İddia videosundan çəkilmiş fotoları tərsinə foto axtarışı ilə axtardığımız zaman videonun 2023-cü ilin may ayında İtaliyanın Milan şəhərində qeydə alındığını görürük. Hadisə şəhərin Bokkoni rayonunda baş verib.
Xəbərə görə, insident ətrafda yaşayan valideynlərin bir şəxsi polisə şikayət etməsi ilə başlayıb. Görüntülər polisin 41 yaşlı braziliyalı trans qadını tutmağa çalışarkən lentə alınıb.
Polis tərəfindən döyülərək üzünə bibər qazı sıxılan şübhəlinin görüntüləri həvəskar kameralar tərəfindən çəkilib yayıldıqdan sonra reaksiyalar gecikməyib. Zorakılıq tətbiq edən polis məmurları haqqında qanun pozuntusu ittihamı ilə istintaq başladılıb.
Milan meri də hadisənin ciddiliyini bildirərək istintaqın nəticəsini gözləyəcəyini deyib.
Hadisə beynəlxalq mətbuatda da işıqlandırılıb.
Videoda İtalyan dilində uniformaların üstündə "Polizia Locale" yəni yerli polis sözləri də diqqət çəkir. İtaliyada bələdiyyə bağlı polislər üzərində "Polizia Locale" yazılmış forma geyinirlər. Ancaq Fransada, paytaxt Paris xaricində, bələdiyyələrə bağlı yerli polis məmurları, "Police Municipale" yazan formadan istifadə edirlər.
Hadisədən sonra İtaliya hökuməti tənqid edilib
Polis zorakılığını göstərən hadisə, sağçı baş nazir Giorgia Meloni hökumətinin LGBTİ+ əleyhinə ritorikasından sonra İtaliyada ayrı-seçkilik halı kimi şərh edilib.
2022-ci ildə seçkilərə “Mən qadınam, mən anayam, mən xristianam” şüarı ilə daxil olan Meloni hər il təşkil edilən LGBTİ+ yürüşünə dəstəy olmamışdı. Meloninin bu çıxışı siyasi fəallar və müxalif siyasətçilər tərəfindən tənqid ediilmişdi.
Fransada polis zorakılığına qarşı iki nümayiş qadağan edilib
Fransada hadisələr sakitləşsə də, hələ də bitməyib. Parisdə 2016-cı ildə polis avtomobilində ölən 24 yaşlı qaradərili gənc Adama Traorenin xatirəsinə etiraz aksiyası və 17 yaşlı Nahelin qətlə yetirilməsi ilə bağlı təşkili planlanılan etiraz aksiyası polis tərəfindən qadağan edildi.
Qadağalara baxmayaraq, minlərlə nümayişçi polis zorakılığına qarşı etirazlarda iştirak edib. Parisin Respublika meydanında keçirilən nümayişə hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə edib. Paris polisi hadisələrdə iki nəfərin həbs edildiyini açıqlayıb.