Videonun erməni gənclərin məcburi olaraq döyüşə aparıldığını göstərdiyi iddiası

Videonun erməni gənclərin məcburi olaraq döyüşə aparıldığını göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Video ilk dəfə 20 aprel 2018-ci ildə yayınlanıb.

Kadrlardakı şəxslər əsgər deyil Ermənistanda seçkilərlə bağlı keçirilən etiraz akisyalarında həbs olunanlardır.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada yayılan bir videonun Ermənistanda polislər tərəfindən məcburi əsgərliyə aparılan gəncləri göstərdiyi iddia edildi. Paylaşımlarda videdakı gənclərin Qarabağda döyüş bölgəsinə göndərildiyi yazılıb. 

Video 2018-ci il seçki aksiyalarındandır

Sözügedən videonun sol üst tərəfindəki logonun xəbər agentliyi Radio Liberty-ə aid olduğunu görürük.

radio liberty logo videonun ermni gnclrin mcburi olaraq doyus aparildigini gostrdiyi iddiasi

Videodakı kadrları əks axtarış üsulu ilə axtardıqda isə qurumun mövzu ilə bağlı xəbərini tapırıq. Gənclərin məcburən əsgər aparıldığı iddia edilən kadrlar,  Radio Liberty Ermənistan xidmətinin 20 aprel 2018-ci il tarixli xəbərindəndir.

Serj Sarkisyanın baş nazir vəzifəsinin təsdiqlənməsinin ardından keçirilən 20 aprel 2018-ci ildəki etiraz aksiyalarında ən az 20 aksiyaçı həbs edilib. İddiadakı video həbs olunan bu aksiyaçıları göstərir. Video Euronews kimi fərqli xəbər qurumlarının saytlarında da paylaşılıb

Serj Sarkisyanın Ermənistanda iki dəfə dövlət başçısı kimi vəzifəsini tamamlamasına baxmayaraq baş nazirlik vəzifəsinin parlamentdə təsdiqlənməsinin ardından böyük miqyasda aksiyalar keçirilmişdi. Təxminən bir həftə davam edən etiraz aksiyalarının ardından isə Sarkisyan vəzifəsindən istefa verdi. 

Azərbaycan və Ermənistan arasında 27 sentyabr 2020-ci ildə başlayan döyüşlərin ardından hər iki ölkə də səfərbərlik elan etdi. Döyüşlər başladığından bəri internetdə bir çox şübhəli iddia ortaya atıldı. Teyit bu iddiaların bir qismini araşdırdı.