Videonun Çində göydən soxulcan yağdığını göstərdiyi iddiası

Videonun Çində göydən soxulcan yağdığını göstərdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Görüntülər Çinin şimalında yerləşən Liaoninq əyalətində qeydə alınıb.

Videoda görünənlər soxulcan deyil, qovaq ağacından düşən çiçəklərdir.

Sosial mediada paylaşılan videoların birinin Çində göydən soxulcan yağdığını göstərdiyi iddia olunub. Sözügedən iddia fərqli dillərdə də sosial mediada yayılıb

Bəzi istifadəçilər paylaşımların altına yazdıqları rəylərdə bunun qiyamət əlaməti olduğunu irəli sürüb. İddia xəbər saytları tərəfindən “Çin soxulcan yağışına tutulub, xalqa çətir daşıması tövsiyə edilib” başlığı ilə paylaşılıb.

cin soxulcan yaqdi teyitpng

Əks şəkil axtarışı üsulu ilə araşdırılarkən sözügedən görüntülərə xəbər saytlarında rast gəlmək mümkündür. Bu xəbərlərdə görüntülərin Çində qeydə alındığı və hələ ki, mövzu ilə bağlı rəsmi açıqlama verilmədiyi bildirilir.

İddiada istifadə olunan video və şəkillər araşdırılarkən arxa planda yer alan dükanların lövhələri gözə çarpır. Bu detal vasitəsilə videonun Çində qeydə alındığı anlaşılır.

cin soxulcan iddiasi teyit foto 1

Maşınların qeydiyyat nişanları araşdırılarkən isə Çinin şimalında yerləşən Liaoninq şəhərinə aid olduğu ortaya çıxır. Qeydiyyat nişanının əvvəlində olan A hərfi isə maşının Şenyanq adlı bölgədə qeydiyyatda olduğunu göstərir.

masin nomresi cin soxulcan

Video və şəkillərdə nəzərə çarpan digər məqam isə soxulcan olduğu iddia edilən canlıların hərəkətsiz qalmaları və sadəcə bir neçə maşının üstündə olmalarıdır. Videoda küçənin fərqli yerlərində saxlanılan maşınların üstündə soxulcana bənzər canlılar görünmür.

Videonun sonrakı saniyələrində vətəndaşlarından birinin çətir ilə yeriməsi və yerlərin yaş olması videonun çəkildiyi tarixlərdə şiddətli yağmur və ya fırtınanın olduğu ehtimalını verir. 

Hava şəraitinə baxarkən paylaşımın yayıldığı 2023-cü il 2 mart tarixində bölgədə güclü küləklərin əsdiyi ortaya çıxır.

agac goruntusu soxulcan iddiasi foto

Maşınların şüşələrinə yansıyan görüntünün ağaca bənzəməsi də soxulcana bənzər şeylərin 

haradan gəldiyi ilə bağlı ipucu verir. 

Şəkildəkilər soxulcan deyil

Çin mətbuatında mövzu ilə bağlı axtarış edərkən hadisənin təfərrüatları ilə bağlı məlumatları əldə edirik. Bu xəbərlərə nəzər yetirərkən hadisənin Liaoninq əyalətində baş verdiyi və soxulcana bənzədilən şeylərin Çinin şimalında olduqca çox rast gəlinən qovaq ağacından tökülən çiçəklər olduğu anlaşılır. Külək və yağışla birlikdə qovaq ağacından tökülən çiçəklərin maşınların üstünə düşməsi nəticəsində iddiada istifadə olunan görüntülər ortaya çıxıb.

Xəbərdə paylaşılan məlumata görə Çinin qısa video paylaşım platforması olan “Douyin”də martın 1-də mövzu ilə bağlı başqa bir video da paylaşılıb. Yayımlanan bu videoda çiçəkləri tökülən qovaq ağacı da kadra düşüb.

Video “Liaoninq əyalətinin Benxi şəhərində qovaq çiçəklərinin sünbülləri maşının üstünə düşdüyü üçün maşın boşuna yuyulub” ifadələri ilə paylaşılıb.

Xarici xəbər saytları bu hadisəni soxulcan yağışı və soxulcan vəbası kimi başlıqlarla paylaşdıqda, çinli vətəndaşlardan mövzu ilə bağlı reaksiyalar gəlməyə başlayıb. Vətəndaşlar sosial mediada edilən paylaşımların altına görüntünün gerçək səbəbini açıqlayan rəylər yazıblar.

soxulcan cin kavak agaci teyit

Bu bitkinin şah tut tingi ola biləcəyi də iddialar arasında yer alıb. Lakin bu bitki adətən mülayim iqlimlərdə yetişdiyi üçün onun kontinental iqlimin hökm sürdüyü Şimal-şərqi Çində bu qədər sıx olmasına ehtimal verilmir.

Göydən soxulcan yağa bilər?

Bəzi təbiət hadisələri və ya iqlim şərtləri bəzi canlıların fərqli yerlərə köç etməsinə səbəb ola bilər. Lakin Çində və ya dünyanın başqa bir yerində belə bir hadisənin baş verdiyi ilə bağlı fakt yoxdur.

Şiddətli fırtınalar və ya güclü yağışlar kimi təbii fəlakətlərdə torpaq səthindəki soxulcanlar yer dəyişdirə bilər. Fırtınadan sonra soxulcanlar səthdən uzaqlaşmaq və daha təhlükəsiz yerə sığınmaq üçün hərəkət edə bilərlər. Ancaq bu, göydən soxulcan yağması hadisəsi deyil.

Regenerasiya, yəni özünü yeniləmə xüsusiyyətinə sahib soxulcanlar növündən asılı olaraq 10 mm ilə 3 metr uzunluğunda və 1 mm ilə 25 mm enində ola bilər. Dünyanın hər yerində ən az bir soxulcan növü yaşayır. Bu da soxulcanların fərqli şərtlərdə və ekstremal şəraitlərdə həyatda qala bildiyini göstərir.

Özünü yeniləmə xüsusiyyəti sayəsində soxulcanlar başları və ya bədənləri qopsa belə yeni baş və bədən çıxararaq yaşamağa davam edə bilərlər

kavak agaci soxulcan cin

Yetkin soxulcanların təxmini en və uzunluq ölçüləri nəzərə alınarsa və iddiada yer alan görüntülər soxulcan fotoları ilə müqayisə edilərsə, iddianın həqiqəti əks etdirmədiyi ortaya çıxır.