Videonun Çin və Kolumbiyadakı zombi insanları göstərdiyi iddiası

Videonun Çin və Kolumbiyadakı zombi insanları göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Kolumbiyanın yerli mənbələrində həmin şəxsin zombi olduğuna dair heç bir işarə yoxdur. Məlumata görə, şəxs xəstəxanaya spirtli içkinin təsiri altında gətirilib.

Şəxsin yaxınlarının sözlərinə görə, həmin şəxs saxta spirtli içki qəbul edib.

Çində kişini dişləyən qadının görüntüləri köhnədir.

2018-ci ilin iyul ayında baş verən hadisə üçün qadının əri ilə yaşadığı problemlər səbəbindən emosiyalarına hakim ola bilmədiyi bildirilib.

Sosial şəbəkələrdə və müxtəlif xəbər saytlarında paylaşılan videoda Çində və Kolumbiyada olan şəxslərin "zombi insanlar" olduğu iddia edilib.

az cin kolumbiya zombi insan teyitpng

Videodakı şəxsə saxta içki təsir edib

İlk olaraq Kolumbiyadakı şəxslə araşdırmamıza başlayırıq. Qısa zamanda yayılan videonun 2022-ci ilin dekabrında paranormal bir hadisə ilə əlaqələndirilərək başqa hesab tərəfindən paylaşıldığını ortaya çıxırarıq

İki fərqli rakursdan çəkilən videonun musiqisiz və orijinal variatında isə şəxsin bəzi səslər çıxararaq vücudunu sıxdığı anlaşılır. Həmin şəxs daha sonra tibb işçiləri və yaxınları tərəfindən nəzarətə götürülərək sakitləşdirilir. 

Videodan götürülən görüntülərlə tərs şəkil axtarışı edərkən videonun 2022-ci il dekabrın 25-də “El Tiempo” qazetində yayımlandığı qarşımıza çıxır

Xəbərdə şəxsin yaxınları tərəfindən təcili tibbi yardıma gətirilən adamın saxta içkidən qaynaqlanaraq davranışlarının dəyişməsi, şəxsin vücudunu sıxaraq nümayiş etdirdiyi davranışların tibb işçilərini təəccübləndirməsi və nəzarətə götürüləndən sonra “içirdim” cavabını verməsi əks olunub. 

Videoda şəxsin əslində Barrankilyada spirtli içki “Buchanan`s Master” içdiyi və onun təsiri ilə “PASO Nueva Vida” xəstəxanasına gətirildiyi məlumatı yer alır.

Kolumbiyada saxta spirtli içki səbəbindən ölüm hadisələri artır

“Teyit”in əlaqə saxladığı “Colombia Check”in baş redaktoru Cin Freddi Qutierrez Kolumbiyada saxta spirtli içkidən qaynaqlanan ölüm hadisələrinin artdığını bildirir. Paytaxt Boqotada noyabrın 24-ü ilə dekabrın 20-i tarixlərində ən az 37 nəfər metanol tərkibli qarışıq likör içdiyi üçün ölüb. Nəticədə “Colombia.com” adlı internet qəzeti  videodakı şəxsin davranışlarını saxta içki istifadəsi ilə əlaqələndirir

“Teyit” görüntülər ilə bağlı xalq təbabəti üzrə mütəxəssisi ilə də danışıb. Dr. Talha Uçar videodakı şəxsin saxta spirtli içki və ya narkotik vasitələrin təsiri altında davranış pozğunluqları nümayiş etdirməsinin mümkün ola biləcəyini söyləyib. Uçar şəxsin vücud sıxılmalarını isə tibbi vəziyyət olaraq görmür.

 Çindəki qadını göstərən video yeni deyil

“Google” vasitəsi ilə fotonu tərsinə axtardığımız zaman Çində yerləşən “Sina.com.cn” saytının 2018-ci ilin 18 iyulda dərc edilən xəbəri ilə rastaşırıq.  

az cin zombi qadin teyitpng

Xəbərdə qeyd edilir ki, “Chongqing Metro Xəttində” baş verən hadisədə 36 yaşlı qadın əri ilə yaşadığı problemlərə görə duyğularına nəzarəti itirdiydən sərnişinlərdən birinə hücum edib.

“Google”da açar sözlərlə yenidən axtarış edirik. Axtarış nəticəsində 2018-ci ildə baş verən hadisə ilə bağlı xeyli məlumata rast gəlirik. 

Xəbərlərdə qeyd edilir ki, hadisəni törədən qadın polis tərəfindən saxlanılıb. Qadının ruhi xəstə olduğu ehtimal edilir.

Həmçinin 2018-ci ildə Çində baş verən bu hadisə zamanı COVİD-19 pandemiyası dünyada yayılmamışdı. Və zombi vürusu kimi müzakirələr yox idi. 

Zombi əfsanəsi

Zombilər bəzi mədəniyyətlərdəki inanc sistemlərində ölümsüz insanlar olaraq yer alır. Populyar mədəniyyət və filmlərdə də zombilər yer alır. Zombilər filmlərdə adətən axsaq yeriyən, danışa bilməyən və insanlara hücum edən varlıqlar olaraq əks etdirilir. Ölən şəxslərin yenidən dirilib zombi olaraq gəzməsi kimi fenomen mövcud deyil. Zombi oxşarlığı adətən çətin yox edilən ya da israr mənasında istifadə edilir. Nəticə etibarilə videolarda hər hansısa fövqəltəbii hadisəyə rast gəlinmir.