Sosial mediada yayılan bir videonun uşaqların ana bətnindən kənarda böyüməsi üçün Çində yaradılmış suni bətni göstərdiyi iddia olunub.
Video 2016-cı ildən bəri stok saytlarındadır
Videodan alınan ekran görüntülərini əks axtarış üsulu ilə araşdırdıqda bir çox stok video saytında paylaşıldığını görürük. 2016-cı ildən bəri fərqli stok saytlarında paylaşılan videonun müəllifi Scott Cornell adında videoqrafdır. Onun iddia paylaşımındakına bənzər bir çox videosu mövcuddur.
Scott Cornell tərəfindən paylaşılanlara nümunə
Təcrübə insan embrionu üzərində aparılmayıb
İddia edilən mövzu ilə bağlı məqalə ilk dəfə 2021-ci ilin noyabr ayında dərc edilib. Çincə yayınlanan məqaləyə nəzər yetirdikdə araşdırmaçıların təcrübəni insan embrionu üzərində deyil, siçan embrionu üzərində təcrübə apardığı məlumatını əldə etmək mümkündür.
Məqalədən ekran görüntüsü
Google Translate ilə təcrübənin necə aparıldığına dair cümlələrin tərcüməsi
İnsan embrionu üzərində araşdırma aparmaq beynəlxalq etik qaydalara və bir çox ölkədəki qanunlara əsasən ya qadağandır ya da 14 gün kimi spesifik rəqəmlə məhduddur. Çində də insan embriounu orqanizm xaricində aylarla müşahidə etmək, təcrübə aparmaq qadağan olduğu üçün bu təcrübələr bir çox halda siçan kimi heyvanlar üzərində aparılır.
İddia videosunun Çin araşdırmaçıların təcrübələri ilə əlaqəsi olmadığı kimi bu təcrübələr insan embrionu üzərində aparılmayıb.