Sosial şəbəkədə və saytlarda paylaşılan bir videonun 2022-ci ildə Bakıda keçirilən Teknofest tədbirindən olduğu iddia olunub.
Video Bakıdan deyil
Videodan alınan ekran görüntülərini əks axtarış üsulu ilə araşdırdıqda 2019-cu ildən bəri paylaşılan videolara rast gəlinir. Yəni video Bakıda keçirilən Teknofest tədbirindən illər əvvər də var idi.
Bakıda keçirilən Teknofest tədbirindəki orijinal videonu isə internetdə tapmaq mümkündür. Bu videolarda da təyyarələrin səmada ürək formasında izlər qoyduğu görülür. Lakin Bakıda çəkilən video ilə iddia videosunu müqayisə etdikdə isə fərqli olduğu anlaşılır.
Solda iddia kadrı, sağda Bakı səmasından kadr
Bakıda keçirilən Teknofest tədbirindən görüntü
İddia videosu 2019-cu ildən bəri fərqli yerlərdən olduğu məlumatı ilə internetə fərqli dillərdə paylaşılıb. Video ilə bağlı araşdırma apardıqda fərqli yerlərdən çəkilmiş kadrlarda eyni fiqurun istifadə edildiyini görürük. Bu videolarda həmin fiqur real görüntüdən çox qrafik görüntüyə bənzəyir.
2019-cu ildən bəri paylaşılan bənzər ürək fiqurlarının olduğu videolardan kadrlar
2018-ci ildən bəri Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin keçirdiyi aviasiya, kosmos və texnologiya festivalı olan Teknofest, 2022-ci ildə ilk dəfə Azərbaycanda keçirilib.