Azərbaycan ilə Ermənistan arasında Qarabağda davam edən döyüşlər zamanı bir çox video paylaşıldı. Döyüşlərin ilk günlərində yayınlan bir videonun Azərbaycan tərəfindən Ermənistan qüvvələrinin bombalandığı anları göstərdiyi iddia edildi.
Video 2019-cu ildə keçirilən bir təlimdə çəkilib
Videoda yerdən havaya doğru bir-birinin ardıyca atılan raketlər və onlardan çıxan duman görünür. Buna bənzər raketlərin olduğu kadrları tapmaq üçün video saytlarında axtarış etdikdə “M142 HIMARS” kompleksinə bənzəyən və adətən Amerika Birləşmiş Ştatları ordusu tərəfindən istifadə edilən raket atıcıları görürük.
Bu videolardan biri 16 iyul 2019-cu il tarixində YouTube platformasındakı “Gung Ho Vids” adlı bir kanalda paylaşılıb. Videonu iyirmi birinci saniyəsindən qırx ikinci saniyəsinə qədər izlədiyimiz zaman iddia edilən videoya aid görüntülərlə qarşılaşırıq. İddiadakı videonun buradan götürüldüyünü, görüntü və səs effektlərinə isə müdaxilə edildiyini görürük.
İddiadakı video ilə sözügedən kanaldakı videonu müqayisəli şəkildə izlədiyimiz zaman M142 raket atıcılarının atəş anın və sağ alt tərəfdəki buludun eyni olduğunu görürük.
Videonun açıqlama qismində kadrların ABŞ Ordusu və Avstraliya Müdafiə Qüvvələrinin M142 Raket Sisteminin (HIMARS) atəş anına aid olduğu qeyd olunub. Yenə həmin açıqlamadakı mətndən, Q Batareyalı 3-cü batalyon 12-ci dəniz alayının, 6 iyul 2019-ci ildə Avstraliyanın Kvinslend əyalətində həyata keçirilmiş hərbi təlimdən olduğu informasiyasını əldə edirik.
Eyni gün həyata keçirilən təlimdən olan başqa bir videonu Getty Images adlı stok foto saytında tapmaq mümkündür. Gettydəki videonun da iddiadakı və YouTube kanalındakı video ilə eyni olduğu görünür.
Aşağıda gördüyünüz M142 HIMARS raket atıcıları ilə bağlı başqa videolar da tapmaq mümkündür.
Bu videolarda “Talisman Saber 2019” ifadəsi mövcuddur. Talisman Saber, Avstraliya və ABŞ tərəfindən hər iki ildən bir həyata keçirilən hərbi təlimdir. 2019-cu ilin iyul ayında Avstraliyanın Sholwater Körfəzində həyata keçirilən təlim təqdimatlarına baxaraq M142 HIMARS sistemlərinin istifadə edildiyini anlamaq mümkündür.
Bazarda yeni olan hərbi sursatların təqdimatlarını paylaşan “Army Recognition” adlı internet səhifəsində M142 HIMARS kompleksinin Polşa, BƏƏ, ABŞ, Sinqapur və İordaniyada mövcud olduğu qeyd olunub..
İddiadakı videoda səslərin manipulyasiyaya uğradığını videonu izləyərkən də anlamaq mümkündür. YouTube platformasında NC Military adlı kanala yüklənən videodakı səsdən əlavə Military vids kimi internet səhifələrindən hərbi təlimlərə aid səsləri endirmək mümkündür. İddia videosundakı səs də bu yolla hazırlanmış ola bilər.