Videonun atasının rüşvət aldığını öyrənən oğulun pulları havaya sovurduğunu göstərdiyi iddiası

Videonun atasının rüşvət aldığını öyrənən oğulun pulları havaya sovurduğunu göstərdiyi iddiası

Faktlar

Videodan alınan ekran görüntüləri ilə pul saçan şəxsin kimliyini müəyyən etmək mümkündür.

Trax adlı şəxs 16 mart 2021 tarixində paylaşdığı videoda bunu bir il əvvəl öldürülən dostunun xatirəsinə etdiyini deyir.

Orijinal videonun səsi azaldılaraq üzərinə azərbaycan dilində yanlış altyazı əlavə edilib.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir videonun atasının rüşvət aldığını öyrənən şəxsin pulları meydanda havaya sovurduğunu göstərdiyi iddia edildi.

bir shexsin atasinin rusvet aldigi pullari etrafa sacdigi iddia edilen video analiz ekran

İddia videosu

Videodan aldığımız ekran görüntüsünü əks axtarış üsulu ilə axtarış motoru Bing üzərində axtarırıq. Bing üz tanıma sisteminə sahib olduğu üçün nəticələr hissəsində videoda pulları ətrafa saçan şəxsin olduğu başqa xəbərYouTube videolarını qarşımıza çıxarır.

YouTube videosunu izlədikdə iddiadakı şəxs ilə Bing vasitəsilə tapdığımız videodakı şəxsin eyni olduğunu görürük. Daha sonra bu videonun açıqlama hissəsində verilən Instagram səhifəsinə keçid etdikdə iddia videosunun bu kanalda da olduğunu müəyyən edirik.

iddia videosunun instagramda paylasilan versiyasipng

Orijinal video

Videonun açıqlama hissəsini oxuduqda Trax adlı şəxsin köhnə müştərisi və dostu olan Joe Kush adlı musiqiçinin xatirəsinə New Yorkda belə bir təşəbbüs edib. Kush adlı musiqiçinin də qətlə yetirilmədən əvvəl ABŞ-ın fərqli yerlərində küçələrdə ətrafa pul saçdığını göstərən videolar mövcuddur. 16 mart 2021 tarixində Trax tərəfindən paylaşılan video ilə bağlı bir neçə xəbərmövcuddur

İddianın əksinə video atasının rüşvət aldığını öyrənən bir oğulun pullara ətrafa saçmasını göstərmir. İddia videosunda orijinal videonun səsi azaldılaraq üzərinə azərbaycan dilində cümlələr əlavə edilib. Orijinal videoyu dinlədikdə isə Trax “bir il əvvəl Joe Kush adlı dostunun heç nədən qətlə yetirildiyini və onun xatirəsini yaşatmaq üçün bunu etdiyini” deyir.