Videonun ailəsi tərəfindən tərk edilən erməni bir uşağa yardım edən azərbaycanlı əsgəri göstərdiyi iddiası

Videonun ailəsi tərəfindən tərk edilən erməni bir uşağa yardım edən azərbaycanlı əsgəri göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Video erməni bir Facebook istifadəçisi tərəfindən paylaşılıb.

Erməni əsgərin videodakı uşaq ilə fotoları mövcuddur.

Goris Bələdiyyəsinin işçisi uşaq və ailəsinin vəziyyətinə dair paylaşım edib.

Videodakı “hamova” sözündən ermənicə danışıldığını təsbit etmək mümkündür.

Videodakı əsgərin uşağa verdiyi meyvə şirəsi da Ermənistan markası olan “Noyan”-a aiddir.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan bir videodakı uşağın Azərbaycan əsgəri tərəfindən tapıldığını göstərdiyi iddia edildi.

ermeni cocuga yardim iddiasi

Videodakı əsgər azərbaycanlı deyil

Video azərbaycanlı bir əsgərin bir körpəni xilas etdiyini göstərməsinə dair olan iddialardan bir ay əvvəl “Myasnik Israyelyan” adlı erməni bir Facebook istifadəçisi tərəfindən iki ayrı video olaraq paylaşılıb. Bundan əlavə onun bu mövzu ilə açıqlama verdiyi video erməni mətbuatında da paylaşılıb.

Videoların açıqlama qismində yazılana görə Myasnik Israyelyan adlı əsgər  “Artyom  adlı körpəni Getamej Artsakh ərazisində tapdığını” bildirir. Həmin ərazi Qarabağda, Qubadlı rayonunun Həmzəli kəndidir.hamzeli harita goruntusu

“Myasnik Israyelyan” öz facebook səhifəsində “Artyom” adlı uşağın ilk fotosunu 6 oktyabr tarixində paylaşıb. Yəni buradan videonun oktyabrın 6-dan da əvvələ aid olduğu başa düşülür. Bundan əlavə onun profilində həmin körpə ilə çəkilmiş və  fərqli tarixdə paylaşılmış fotoları da var.

azerbaycan asker iddiasi fotolar

6 oktyabr tarixli foto

15 oktyabr tarixli foto

15 noyabr tarixli foto

23 noyabr tarixli foto

Fotolardakı uşaq ilə videodakı uşağın eyni olduğu və əsgərlə olan fotolar, videonun Myasnik Israyelyan  adlı Facebook istifadəçisi tərəfindən çəkildiyini söyləməyə əsas verir.

Myasnik Israyelyan adlı istifadəçinin paylaşdığı 23 noyabr tarixli Facebook paylaşımında “İrina Yolyan” adında bir şəxsə təşəkkür edərək həmin uşağı ziyarət etdiyini bildirir. Goris Bələdiyyəsinin işçisi İrina Yolyanın Facebook-da paylaşdığı 16 noyabr tarixli paylaşıma əsasən  “Artyom” adlı uşaq Ermənistanın Goris şəhərindədir. Eyni zamanda bu paylaşımda  anasının dediklərinə istinadən videonun 2020-ci ilin sentyabr ayında (yəni iddialardan təxminən iki ay əvvəl) çəkildiyi qeyd olunub. Bundan əlavə anasının xəstə olmadığını, sağ olduğunu və ailənin maddi problemləri olduğunu bildirən bələdiyyə işçisi, bu ailəyə Goris Bələdiyyənin yardım etdiyini əlavə edib. 

facebook paylasimi ermenice

translate tercumesi ermenice ingilizce

İrina Yolyan tərəfindən 16 noyabr paylaşılan Facebook paylaşımının Google Translate tərcüməsi.

Sosial media paylaşımları və videodakı körpənin Myasnik Israyelyan ilə çəkilmiş fotoları videonun Azərbaycan əsgəri tərəfindən çəkilmədiyini təsdiq edir. Lakin videonun özündə də azərbaycanlı tərəfindən çəkilmədiyinə dair bəzi işarələr mövcuddur. Bunlardan biri videodakı səslərdi. Videonun 40-cı saniyələrindən sonra bəzi kəlimələri eşitmək mümkündür. Bunlardan ən çox seçilən kəlimə “Hamova”-dır. Azərbaycan dilində belə bir kəlimə mövcud olmadığı üçün Google Translate istifadə edərək ermənicə belə bir kəlimə olub olmadığına baxaq.

hamova tercume

“Hamova” sözünün Google Translate tərcüməsi.

Tərcüməsi “dadına bax” mənasına gələn sözün videodakı konteks ilə uyumlu olduğu görünür. Videoda ermənicə danışıldığını və ya azərbaycanca danışılmadığını təsdiqlədik, indi isə videodakı uşağın içdiyi meyvə şirəsinə daha yaxından baxaq.

meyve suyu ismi ermenice

Ermənicə əlifba ilə müqayisə etdikdə ilk iki hərfin ermənicə “N”“O” səslərini verən hərflər olduğu başa düşülür.

ermeni alfabesi

Google-da açar sözlərlə axtarış etdikdə həmin meyvə şirəsinin Ermənistan markalı “Noyan” adlı bir firmaya aid olduğunu təsdiqləyirik.

meyve suyu paketi karsilastirma

Bayaq ermənicə əlifba ilə baxdığımız videodakı meyvə şirəsinin üzərində yazılan ilk iki hərf “N”“O” da markanın adı ilə uyğun gəlir. Markanın latın əlifbası ilə yazılışı da “Noyan”-dır.

ermenice meyve suyu markasi

Videonun erməni əsgər tərəfindən çəkildiyini daha əvvəl doğrulama platforması Fakt Yoxla da bildirmişdi.