2023-cü il fevralın 6-da Kandilli Rəsədxanasının məlumatına görə Kahramanmaraşda 7,4 bal gücündə zəlzələ baş verib.
Sosial mediada binanın zəlzələ nəticəsində dağıldığı iddiası ilə video paylaşılıb.
Video Mayamidə yerləşən yaşayış binasının dağıldığını göstərir
Video ilə bağlı əks şəkil axtarışının nəticələrinə görə görüntülər 2021-ci il iyunun 24-də Mayamidə yerləşən yaşayış binasının dağılma anını göstərir.
Məlum olmayan bir səbəblə dağılan 12 mərtəbəli binada dörd nəfərin öldüyü və 159 nəfərin yaralandığı bildirilmişdi. Florida ştatı xilasetmə qüvvələri ilə birlikdə dağıntılarda uzun müddət axtarış işləri görmüşdü.
Floridada binanın çökməsindən əvvəl və sonra.
6 fevral 2023-cü ildə baş verən zəlzələ ilə bağlı
Türkiyədə 2023-cü il fevralın 6-da güclü zəlzələ baş verib. Episentri Kahramanmaraş olan zəlzələ Adıyaman, Osmaniyə, Hatay, Mersin kimi 10 şəhərdə hiss edilib.Son məlumatlara görə, 2379 nəfər ölüb, 14,483 nəfər yaralanıb.
Zəlzələnin hiss olunduğu ərazilərdə axtarış-xilasetmə tədbirləri davam edir.