Videonun 2005-ci ildə Bill Qeytsin dini fundamentalistlərin genini dəyişdirmək üçün hazırladığı peyvənd planını  Pentaqonda təqdimat etdiyini göstərdiyi iddiası

Videonun 2005-ci ildə Bill Qeytsin dini fundamentalistlərin genini dəyişdirmək üçün hazırladığı peyvənd planını Pentaqonda təqdimat etdiyini göstərdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

2005-ci ilə aid olduğu və sonra “sızdırıldığı” iddia edilən videonun yüksək keyfiyyətli görüntüyə sahib versiyasında təqdimat edən şəxsin Bill Qeyts olmadığı anlaşılır.

2005-ci ildə çəkildiyi iddia olunan videodakı təqdimatda 2010-cu ilə aid bir məqalədəki beyin tomoqrafiyasının şəkli istifadə edilib. Yəni videonun 2005-ci ilə aid olduğu iddiası da yanlışdır.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Adı peyvənd layihələrinə dəstək verdiyi üçün dünyada konspirasiya nəzəriyyələrinin mərkəzində olan Bill Qeyts ilə bağlı iddialar Covid-19 pandemiyası başladıqdan sonra da gündəmə gəldi. Sosial şəbəkədə paylaşılan bir videonun 2005-ci ildə Bill Qeyts tərəfindən ABŞ Müdafiə Nazirliyinin binası Pentaqonda, dini fundamentalistlərin “Tanrı Genlərini” dəyişdirmək üçün həmin şəxslərə peyvənd vasitəsilə virus aşılayacaqlarına dair planını təqdim etdiyi iddia edildi.

Videodakı şəxs Bill Qeyts deyil

Sözügedən video ilə bağlı detallı axtarış etdikdə internetdə 2011-ci ildə yüklənmiş və daha keyfiyyətli görüntüyə sahib versiyasını tapmaq mümkündür

Bu görüntülərə baxdıqda videodakı şəxsin Bill Qeyts olmadığı anlaşılır.

Bill Qeytsin 2005-ci ildə çəkilmiş bir videosundakı halını 2005-ci ildə çəkildiyi iddia edilən bu videodakı adam ilə müqayisə etdikdə də iki fərqli insan olduğunu görürük.

Video ilk dəfə Joey Lambardi adlı bir YouTube kanalında 1 iyun 2011-ci il tarixində “Pentaqonda FunVax Mühazirəsi - İnanmaq Üçün Görməlisiniz!” başlığı ilə paylaşılıb. Videonun 2005-ci ildə çəkildiyi və sızdırıldığı iddia olunub. Açıqlama qismində isə “Bu video kimliyi naməlum bir elm adamı tərəfindən Pentaqon rəsmilərinə təqdim olunan mühazirədir. Bu Tanrı geninin kəşf edilməsindən təqribən 1 il sonra 13 aprel 2005-ci il tarixində təqdim olunan proyektdir. Videodakı elm adamı Orta Şərqdəki insanların Tanrı genini dəyişdirmək və bölgədəki çaxnaşmaya son vermək planını açıqlayır. Videonu bilinməyən bir mənbədən aldım, savaş kamerası adlanan bir bölümün parçası olaraq təcrübəm və əlaqələrim ilə orijinal olduğunu təsdiqlədim.” cümlələri yazılıb.

Lakin videonu izlədikdə bir-birilə əks düşən məqamlar olduğunu görürük. Belə ki, sızdırıldığı iddia edilən videonun 2005-ci il 13 aprel tarixində çəkildiyi iddia edilir. Videoda təqdimat edən kimliyi naməlum şəxs insan beyninin tomoqrafiyasına aid şəkli ekranda göstərir. Bu beyin tomoqrafıyasının ilkini “dini inanca sahib beyin” digərini isə “dini inanca sahib olmayan beyin” kimi təqdim edir. Həmin fotonu axtarış motorlarında əks axtarış üsulu ilə araşdırdıqda qarşımıza 2010-cu ildə yayınlanmış bir məqalədə çıxır. 

Təqdimatı hazırlayan şəxslər beyin tomoqrafıyasını məqalədki B şəklindən götürərək üzərinə bəzi rənglər əlavə edərək istifadə edib. Yəni videonun 2010-cu ildən əvvələ aid olma ehtimalı yoxdur, videonun 2005-ci ildə qeydə alındığı iddiası da yanlışdır. 

Videonun mənbəyi, kim tərəfindən hazırlandığı məlum olmasa da, əlimizdəki sübutlar videodakı şəxsin Bill Qeyts olmadığını, 2005-ci ildə çəkilmədiyini və videonun aldatma ola biləcəyini göstərir.

Videonun əsassız olduğu və videodakı şəxsin Bill Qeyts olmadığl daha əvvəl Reuters, Lead Stories, Check Your Fact, Snopes kimi bir çox qurum tərəfindən də bildirilib.