13 noyabr 2022-ci ildə Taksim İstiqlal küçəsində partlayış baş verib. Sosial mediada paylaşılan bir videonun sözügedən partlayışdan olduğu iddia edilib.
Video 2016-cı ilə aiddir
Videodan götürülən ekran görüntülərinin araşdırılması nəticəsində videonun keçmiş tarixə aid olduğu ortaya çıxıb.
Video 19 mart 2016-ci il tarixində Taksimdə baş verən partlayış zamanı qeydə alınıb. 2016-cı ildəki partlayış anının görüntüləri bir çox xəbər saytında da yer alır.
Sözügedən tarixdəki partlayışda canlı bomba ilə birlikdə beş nəfər ölmüş, 36 nəfər yaralanmışdı.
2016-cı ildəki partlayış İstiqlal Küçəsində yaşanmışdı. İddia edilən videonun 24-cü saniyəsində “Oxxo” mağazası görünür.
13 noyabr 2022-ci ildəki partlayış zamanı paylaşılan videolarda da hadisənin İstiqlal küçəsindəki “Mango” mağazasının önündə baş verdiyi anlaşılır. 2016 və 2022-ci illərdəki iki partlayış çok yaxın ərazilərdə baş verib.
Partlayışın olduğu ərazi, İstiqlal Küçəsi “Mango” mağazasının önü, Google Street View, Avqust 2019
Partlayışın olduğu ərazi, 13 noyabr 2022
İstanbul Valisi Ali Yerlikayanın ilk açıqlamasına görə, 13 noyabr 2022-ci ildəki partlayışda dörd nəfər ölüb, 38 nəfər yaralanıb.