Əkrəm İmamoğlu 2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra hadisə yerinə gedib. Daha sonra sosial mediada edilən paylaşımlarda videoda Əkrəm İmamoğluna etiraz edən şəxsin Ədalət və İnkişaf (AK) Partiyası Kahramanmaraş millət vəkili Həbibə Öçal olduğu iddia edilib. İddiaya görə Həbibə Öçal videoda “Sən İstanbuluna bax, ingilis köləsi, rədd ol get” kimi ifadələr işlədib.
Videodakı şəxs keçmiş AK Partiya Kahramanmaraş millət vəkili Nursel Reyhanlıoğludur
Videodakı şəxs AK Partiya Kahramanmaraş millət vəkili Həbibə Öçal deyil. Həbibə Öçalın Türkiyə Böyük Millət Məclisində və sosial media hesablarında yer alan fotoları videodakı şəxsin görüntüsü ilə uyğun gəlmir.
AK Partiya Kahramanmaraş millət vəkili Həbibə Öçal (solda), keçmiş Kahramanmaraş millət vəkili Nursel Reyhanlıoğlu (ortada və sağda)
Videodakı şəxsin keçmiş Kahramanmaraş millət vəkili Nursel Reyhanlıoğlu olduğu məlum olur. Reyhanlıoğlu 26-cı çağırış Kahramanmaraş millət vəkili olub.
“Teyit” mövzu ilə bağlı məlumat almaq üçün Həbibə Öçalın ofisinə telefon zəngi edib. Həbibə Öçalın sözçüsü videodakı şəxsin Həbibə Öçal olmadığını təsdiq edərək videonun hər hansısa hissəsində Öçalın yer almadığını söyləyib. Sözçü Həbibə Öçalın Kahramanmaraşda yardım kampaniyalarına dəstək verdiyini əlavə edib.