Videodakı insanların Taksimdəki partlayışla zarafat etmələri iddiası

Videodakı insanların Taksimdəki partlayışla zarafat etmələri iddiası

Yanlış Yanlış

Faktlar

Video Taksimdəki partlayışdan bir həftə əvvəl çəkilib.

Videodakı söhbətlərin partlayışla heç bir əlaqəsi yoxdur.

Sosial mediada paylaşılan "TikTok" videosunda 3 əcnəbi vətəndaşın 13 noyabr 2022-ci ildə Taksimdəki partlayışı ələ saldığı iddia edilib. Bu iddia bir çox hesab və xəbər saytları tərəfindən paylaşılaraq populyarlaşdırılıb.
az taksim zarafat iddia

Video patlayışdan əvvəl paylaşılıb

Videodan kəsdiyimiz fotoları dijital axtarış üsulları ilə axtardığımız zaman “ayman.otman” adlı bir “TikTok” hesabına yönləndirilirik.

Videonun detallarını araşdırdığımız zaman görüntülərin Taksimdə baş verən hücumdan bir həftə əvvəl, yəni 2022-ci il noyabrın 6-da sosial media platformasında paylaşıldığı ortaya çıxır.

“TikTok”dakı rəylərə baxdığımız zaman onların 6 noyabr 2022-ci il tarixində yazıldığını görmək olur.

az video yorumlar

“TikTok” videolarının internetə yüklənmə tarixini aşkarlayan vacib proqram isə “Bellingcat”ın “TikTok date extractorproqramıdır. Bu proqrama sözügedən videonu yükləyərkən görüntünün 2022-ci il noyabrın 6-ı GMT saat qurşağında 12:53-də platformda paylaşıldığı ortaya çıxır.

Videodakı şəxs partlayışdan bəhs etmir

Məşhurlaşan videodakı şəxslər ərəbcə danışır.

Söhbətlərinin türkcə tərcüməsinə nəzər yetirərkən videodakı şəxsin “İstanbulda məni ən çox əsəbiləşdirən şeylərdən biri də Taksimə gedəndə gördüyünüz kiçik bir şey almağınızdır…” sözlərini istifadə etdiyi və mövzunun patlayış ilə əlaqəli olmadığı ortaya çıxır. 

“Ayman.otman” hesabına baxdığımız zaman istifadəçinin İstanbulda oxşar bir çox video paylaşdığı anlaşılır.

az farkli paylasimlar ayman otman

Videodakı şəxslərin təxminən eyni məzmunlu başqa bir videosu noyabrın 12-də paylaşılıb.

az aymann otman ayni konsept

Digər tərəfdən videonun yayılmasından sonra İstanbulda keçirilən əməliyyatda paylaşımdakı şəxslərdən birinin saxlanıldığı bildirilib. Digər iki şəxsin isə ölkədən partlayışdan öncə çıxdığı ilə bağlı xəbər yayılıb. Daxili İşlər Nazirliyi də videodakı görüntüdə “xuliqan zarafatı” edildiyini və iki nəfərin hücumdan öncə ölkədən çıxdığını açıqlayıb

İstanbul İstiqlal Küçəsində 2022-ci il noyabrın 13-ü 16:20 radələrində baş verən partlayışda altı nəfər ölüb.