Sosial şəbəkələrdə Əfqanıstanda “Mada 9” adlı idman avtomobilinin istehsalını əks etdirən video yayımlanıb. Videoda avtomobilin sınaqdan keçirildiyi görünür.
Avtomobil Əfqanıstanda istehsal olunub
İddia olunan videonu tərs şəkil axtarış üsülu ilə araşdırarkən görüntüdəki avtomobilin “Mada 9” adlı Əfqanıstan istehsalı olan maşının prototipini göstərdiyi ilə bağlı xəbərləri əldə edirik.
Xəbərlərdə avtomobilin “Entop” adlı maşın istehsal edən şirkət tərəfindən Əfqanıstan Texniki və Peşə Təhsili Şöbəsi və İnnovasiya Mərkəzində hazırlandığı ilə bağlı məlumatlar yer alır. “Entop” şirkətindən Məhəmməd Rza Əhmədi Əfqanıstan İnformasiya Texnologiyaları Nazirliyinin dəstəklədiyi layihədə prototipin beş ilə hazır olduğunu açıqlayıb.
“Entop” firmasının “Youtube” və “TikTok” hesablarında avtomobilin təşviq və hazırlanma mərhələrinə aid videolarını görmək mümkündür.
Əfqanıstan Texniki və Peşə Təhsili Şöbəsi və İnnovasiya Mərkəzinin saytında avtomobil ilə bağlı bir çox videoya baxmaq mümkündür. Yenə “Youtube” kanalında Taliban rejiminin xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanikzainin avtomobili təbliğ edən videoları var.
Eyni zamanda Texniki və Peşə Təhsili Şöbəsinin rəhbəri Mavlavi Qulam Heydər Şahamatın da Qətər səfiri ilə görüşdüyü və avtomobilin Qətərdəki avtomobil sərgisində nümayişi üçün dəstək istədiyi ilə bağlı xəbərlər ortaya çıxır.
Avtomobili hazırlayan “Entop” şirkətinin “Facebook” səhifəsini araşdırarkən avtomobilin istehsal və sınaq mərhələləri ilə bağlı paylaşımları əldə edirik. Avtomobilin dizayneri Məhəmməd Rza Əhmədinin “Facebook” səhifəsində oxşar paylaşımları görmək mümkündür.
Əhmədi avtomobilin modelində əsasən “Toyota” markasının ehtiyat hissələrini istifadə etdiyini, avtomobilin Əfqanıstanın dağlıq ərazisinə uyğun olaraq dizayn edildiyini açıqlayıb.
21 noyabr 2022-ci ildə “Sunrise Afghanistan” adlı “Youtube” kanalında dizayner Əhmədi ilə müsahibə var. Videoda avtomobilin görüntüləri də paylaşılıb. Avtomobilin nə vaxt satışa çıxarılacağı bəlli deyil.