Sosial mediada yayılan görüntünün Britaniya baş naziri Rişi Sunakın İbizada rəqs etdiyini göstərdiyi iddia edilib.
Sunakın 2022-ci il oktyabrın 25-də vəzifəyə başlamasının ardından yayılan görüntü, günəş eynəyi taxan, qara şortik geyinən, parlaq saat taxan və əlində narıncı bir stəkan ilə rəqs edən bir adamı göstərir.
Video müzakirə mövzusuna çevrilib
Sözügedən video ilə bağlı Google-da əks axtarış etdikdə Daily Mail-in 2022-ci il yanvarın 24-də yayımlanan “Boris qovulanda Çılğın Rişi həyatını yaşayır” başlıqlı xəbərə rast gəlirik.
Sunak, koronavirus tədbirlərini pozduğuna görə dövrün baş naziri Boris Conson ilə birlikdə cərimələnən şəxslərdən biriydi. Hökümət rəsmilərinin keçirdiyi partilərin mətbuata yansımasının ardından Sunakın İbizada rəqs etdiyi iddia olunan görüntülər də yayılmağa başladı.
Viral hal alan videonun ardından Daily Mail yanvarın 24-də yaydığı xəbərdə rəqs edən şəxsin Sunak olmadığını, ona çox bənzəyən kimliyi naməlum bir şəxs olduğunu bildirdi.
Daily Mail-in xəbərində yer verilən video ilk dəfə İbizadakı O Beach-in sahibi ingilis Wayne Lineker tərəfindən paylaşılıb. Wayne Linekerin Instagram hesabında aparılan araşdırma nəticəsində videonun ilk dəfə 2019-cu il iyulun 12-də paylaşıldığını görürük. Lineker videonu daha sonra 2022-ci il yanvarın 20-də paylaşıb. Bu dəfə videonun yer aldığı paylaşımda Covid-19 tədbirlərinin sonlanması ilə İbizada partilərin başlayacağı elan edilib.
Bu paylaşımın ardından isə videodakı şəxsin Rişi Sunak olduğu iddia edilib. Wayne Lineker, yanvarın 24-də, videoda rəqs edən şəxsin Sunak olmadığını bildirən Daily Mail xəbərini, Instagram-da Sunakı etiketləyərək paylaşıb.
Lineker eyni videonu iyulun 8-də Instagram, iyulun 9-da TikTok-da yenidən paylaşaraq 7 iyul tarixində istefa edən köhnə baş nazir Boris Consonun ardından Rişi Sunakın, baş nazirlik kampaniyasını İbizada başlatdığını bildirən mətn yazıb.
Linekerin ilk iki paylaşımında Sunakdan bəhs edilmir. Lakin Rişi Sunakın baş nazirlik yarışına girəcəyi gündəm olduqdan sonra o iyulun 8-də videonu yenidən Rişi Sunakdan bəhs edərək paylaşıb.
Video paylaşılanda Sunak harada idi?
Rişi Sunakın həmin tarixlərdə harada olduğunu onun sosial media hesablarından öyrənmək mümkündür. Sunakın Facebook paylaşımlarına əsasən 2019-cu il iyulun 10-da Şimali Yorkşirdəki bir məktəbdə tələbələr ilə görüşüb, 2019-cu il iyulun 14-də bir konsertə gedib, , 2019-cu il iyulun 15-də isə bir tədbirdə iştirak edib. Şəxsi səhifəsini araşdırdıqda isə onun 2019-cu il iyulun 12-də Westminster-də bir məktəbi ziyarət etdiyini görürük.
Sunakın Instagram paylaşımlarına baxdıqda, 2019-cu il iyulun 10-da İngilis Pivə və Barlar Birliyinin tədbirində olduğu, 2019-cu il iyulun 14-də isə ailəsi ilə birlikdə Şimali Yorkşirdə yürüyüşə çıxdığını görmək mümkündür.
Video ilə bağlı detallar
Kadrlardakı şəxs ilə Sunakın qulaq, burun və ağız formasının fərqli olduğu görünür.
Sunakın Instagram hesabında videodan bir gün əvvəl və üç gün sonra etdiyi paylaşımlarda saçlarında ağ olması diqqət çəkir. Lakin iddia videosundakı şəxsdə ağ saç görünmür.
Sol üst 11 iyul 2019, sol alt 15 iyul 2019
Diqqətlə təhlil etdikdə Sunakın sol yanağındakı xal da diqqət çəkir. İddia kadrlarında görünən şəxsdə bu xal yoxdur.
2009-cu ildən bəri evli olan Sunakın sosial mediada paylaşdığı görüntülərdə sol əlində üzük olduğu görünür. Lakin iddia videosundakı şəxsdə belə bir üzük yoxdur.