Videoda Messinin qucaqlaşdığı şəxsin anası olduğu iddiası

Videoda Messinin qucaqlaşdığı şəxsin anası olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Kadrlardakı qadın Messinin anası deyil, Argentina millisinin aşpazı Antonia Fariasdır.

“Reuters” oyundan sonra Messi ilə anasının qucaqlaşdığı fotonu paylaşıb.

Messini meydanda qucaqlayan qadının sol qolunda döymə var, amma Messinin anasının qolunda heç bir döymə yoxdur.

Messini qucaqlayan qadın Argentina millisinin formasını geyinib. Oyundan əvvəl və oyun zamanı çəkilən görüntülərdə Messinin anası bənövşəyi rəngli forma geyinib.

Argentina millisinin kapitanı Lionel Messinin sosial şəbəkədə anasını qucaqlayaraq Dünya Kuboku sevincini qeyd etdiyini iddia edən video qısa müddət ərzində populyarlaşıb.

messi az annesi sarilma iddia

“Google”da Messi və anası kimi açar sözlərlə ingiliscə axtarış etdikdə “Daily Mail”in 18 dekabr tarixli xəbəri qarşımıza çıxır. Final matçı günü yayımlanan xəbərdə Messinin anası, həyat yoldaşı və uşaqlarının oyunu stadionda izlədiyi bildirilir.

Xəbərdə “Associated Press”ə məxsus fotoda Messinin anasının bənövşəyi rəngli forma geyindiyi və heç bir qolunda döymə olmadığı görünür.

az messi annesi kolu min 1

                                    Messinin anası Celia Maria Cuccittini - AP.

az messiye sarilan kadin min

Ancaq meydanda Messini qucaqlayan qadının sol qolunun kənarında böyük döymə görünür. Bundan başqa, Messini meydanda qucaqlayan qadın Argentina millisinin formasını geyinib.

az messi sarilma ani 1 min 2

                  Sosial şəbəkələrdə yayılan videodan kəsilən ekran görünütsü.

“Daily Mail”in xəbərində Argentina forması geyinən qadının Messini qucaqlayan fotosu da paylaşılır. Buna görə də qadının Messinin anası olub-olmadığını təsdiqləmək üçün “Google”da yenidən axtarış edirik.

“Messi dünya çempionatından sonra anasını qucaqlayır” sözləri ilə ingilis dilində axtarış etdikdə, “News18” adlı internet saytında “Reuters”ə məxsus Messi ilə anasının qucaqlaşdığı fotoya rast gəlirik.

az messi sarilma ani 2

   “News18” saytında dərc olunan foto.

Fotonu “Reuters”də axtardığımız zaman Messi ilə anasının bənövşəyi formada qucaqlaşdığı fotonun mənbəyinə çatırıq.

“Reuters”in fotosundan aydın olur ki, matçın əvvəlində və sonunda Messinin anası Celia Maria Cuccittini əynindəki forma eynidir. Buradan Messini meydanda qucaqlayan qadının onun anası olmadığını başa düşürük.

Qadının kimliyini tapmaq üçün ispan dilində “Messini qucaqlayan qadın” sözləri ilə yenidən “Google” axtarışı edirik. Beləliklə, qadının Argentina Milli Komandasının aşpazı Antonia Faria olduğunu öyrənirik.

Antonia Faria olduğunu öyrəndiyimiz qadının qolundakı döyməni təsdiqləmək üçün yenidən “Google” axtarışı edirik. Bu axtarışla Antonia Farianın sol qolundakı döyməni göstərən fotolarla qarşılaşırıq.

az faria kol foto

Müxtəlif mənbələrdə qadının Antonia Faria olduğu barədə məlumatlar var.