Videoda İsrail tərəfindən namaz qılan Fələstinlələrin üstünə it yollandığı iddiası

Videoda İsrail tərəfindən namaz qılan Fələstinlələrin üstünə it yollandığı iddiası

Yanlış Yanlış

Faktlar

Video İsrail tərəfindən Fələstinli gənclərin üstünə göndərilən itləri göstərmir.

İddiadakı video bir qısa filmə aiddir və real deyil.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan videodakı itin İsrail qüvvələri tərəfindən namaz qılan Fələstinli gənclərin üstünə yollandığı iddia edildi. Türkiyədə paylaşılan bu iddia Azərbaycanda da Facebookda gündəmə gəldi. Video 447 istifadəçi tərəfindən paylaşıldı.

israil filistin kopek iddiasi

Video İstiklal adında bir saytda eyni iddia ilə birlikdə 12 may 2020 tarixində qoyulub.

Lakin videonun İsrail tərəfindən namaz qılan Fələstinli gənclərin üstünə göndərilən iti göstərdiyi iddiası yanlışdır. Bu video qısa filmlər çəkən bir kanal tərəfindən 1 mart 2020 tarixində YouTube-a yüklənilib. Yəni video montajlanmış bir hekayəni göstərir.

Kadrlar bir qısa filmdəndir

Sözügedən kadrların Media elshar3 adlı bir kanal tərəfindən 1 mart 2020 tarixində YouTube-a yükləndiyini görürük. Videonun açıqlama qismindəki mətnə görə kadrlar qısa bir filmdir və bir itin namaz qılan insanlara hücum etməsi üçün göndərildikdə yaşanan möcüzəni göstərir.

Kadrlarda hücuma göndərilən itin sakitləşərək namaz qılan gənclərə zərər vermədiyi göstərilir. Eyni kanalda başqa qısa filmlər də yayınlanıb. Videodakı personajların digər filmdə də olduğunu görmək mümkündr. 

kisa film filistinjpg

Media elshar3 kanalı özünü  “ərəbcə məzmun hazırlamağı hədəfləyən aktyorluq kanalı” kimi təsnifləndirir

Bu kadrlar bir qısa filmdən olsa da əvvəlki illərdə İsrailin orduya aid itləri Fələstinlilərə qarşı istifadə etdiyi hadisələr meydana gəlib.

Nəticə etibarilə iddia doğru deyil. Bu video qısa filmdən olduğu üçün iddiaya yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirmə deyə bilərək.