Videodakı çiyələklərin duzlu suya qoyulduqda içərisindən həşəratlar çıxdığı iddiası

Videodakı çiyələklərin duzlu suya qoyulduqda içərisindən həşəratlar çıxdığı iddiası

Yanlış Yanlış

Faktlar

Videoda duzlu suya qoyulan çiyələklərdən həşərat çıxmayıb, suya daha sonradan atılıb.

Videonu paylaşan şəxs də videonun saxta olduğunu etiraf edib.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkələrdə yayınlanan bəzi paylaşımlarda yerləşdirilən videonun, duzlu suya atılan çiyələklərin içindən müxtəlif böcəklərin çıxdığını göstərdiyi yönündə iddialar irəli sürüldü. Həmin iddia, həm facebook həm də bir neçə xəbər saytlarında yayınlandı. Bu xəbərlərdən sadəcə biri 6 min dəfədən çox görüntüləndi.

cilek iddia azpng

Lakin iddia doğru deyil. Video həqiqəti əks etdirmir. Çiyələyin içindən çıxdığı iddia edilən böyük böcək, həyətdən götürülərək qaba yerləşdirilib.

Video həqiqəti əks etdirmir

Ötən həftələrdə TikTok istifadəçiləri ABŞ-da #strawberrybugs adlı bir cərəyan başlatdı. İstifadəçilər duzlu suya çiyələk ataraq, çiyələklərin içindən çıxan kiçik böcəkləri videoya çəkdi. Bəzi insanlar bu vəziyyətdən narazı qalsalar da, digərləri bunun olduqca normal bir hal olduğunu düşündü.

Mövzu ilə bağlı paylaşılan videolardan biri Azərbaycanda da populyar oldu. Lakin TikTok videosunun sahibi, videonun həqiqəti əks etdirmədiyini açıqladı. Onun açıqlamasına görə çiyələkləri duzlu suya atdıqdan sonra, həyətdən topladığı böcəkləri də qaba əlavə edərək çiyələyin içindən çıxmış kimi qələmə verib. O, videonun bu qədər çox insan tərəfindən izlənəcəyini təxmin etmədiyini və videonun saxta olduğunun asanlıqla başa düşüldüyünü açıqladı. Yəni, #strawberrybugs cərəyanı ilə zarafat etmək üçün böyük böcəyi qaba qoyaraq, uydurma bir video hazırlayıb. 



“Karantin rejimində çox darıxıram və çiyələk cərəyanı üçün saxta bir video hazırladım, çünkü cərəyanı görən kimi bunun gülməli olacağını düşündüm. Həmin vaxt sadəcə 2 min izləyicim var idi və videonun bu qədər çox yayılacağını düşünməmişdim. Əslində videonun saxta olduğu başa düşülürdü. Hiç bir böcəyi suda boğmadım, videodan sonra yaşayan böcəkləri azad etdim. Sizin kimi bir məqsədim yoxdur, məni izləyən sizsiniz və bu mənim səhvim deyil.”

Bundan başqa, videoya baxdığımız zaman, videonun kəsildiyini görürük. 16-cı saniyədən sonra videodakı qırılmalar açıq aydın görünür. Böcəyin görüntüsü isə qırılma anlarının birində ortaya çıxır.

Meyvələrdən bəzən kiçik böcəklərin çıxmağı normal haldır

Meyvə və tərəvəzlər torpaqda yetişdiyi üçün, bəzən meyvə və tərəvəzlərin içindən kiçik böcək və sürfələr çıxa bilər. Cornell Universitetində çalışan entomoloq Greg Loeb, “meyvələrinizdə kiçik orqnizmlərin olmağı xoşunuza gəlməsə belə, bunun sağlamlığınıza bir zərəri yoxdur. Bu kiçik böcəkləri yemək sizin sağlamlığınıza zərər vurmur” deyir. Eyni zamanda, İstanbul Sabahattin Zaim Universitetində çalışan Professor Doktor Bülent Nazlı da çiyələkdən böcək çıxmağının narahatçılığa səbəb olmadığını bildirir və sağlamlığa ziyan vurmadığını əlavə edir. Lakin sadəcə böcəklərdəndən deyil, zərərli pestisidlərdən və bakteriyalardan qorunmaq üçün meyvə və tərəvəzləri yeməzdən əvvəl bol su ilə yumaq lazımdır.

Kənd təsərrüfatı fəaliyyətlərində istifadə edilən meyvə və tərəvəzlərə isə müəyyən məhdudiyyətlər gətirilməkdədir. Məsələn, ABŞ Qida və Dərman Administrasiyasının (FDA) yayınladığı bildirişə görə, 100 millilitr əncir pastasından 13 ədəd böcək başı çıxmağı normaldır. 50 qram darçında 400 böcək parçası, 500 qram pomidor konservində isə bir sürfə çıxa bilər.

Nəticə etibarilə iddia doğru deyil. Videoda çiyələyin içindən çıxdığı iddia edilən böcəklər suya sonradan atılmışdır. Lakin meyvələrin içindən kiçik böcəklərin çıxmağı normal haldır. İddia yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirməyə nümunə sayıla bilər.