Videoda Bill Qeytsin peyvənd olunmağın səhv olduğunu dediyi iddiası

Videoda Bill Qeytsin peyvənd olunmağın səhv olduğunu dediyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Videonun kəsilmiş hissəsi Bill Qeytsin 3 may 2022-ci ildə iştirak etdiyi verilişdən götürülüb.

Bill Qeytsin cümlələri səhv tərcümə olunub.

Verilişin müvafiq hissəsində Bill Qeyts peyvəndin səhv olduğunu qeyd etməsə də, ölkələrin virusa qarşı tədbirləri gecikdirməsinin ölüm hallarını artırdığını qeyd edir.

Sosial mediada Bill Qeytsin bir verlişdən kəsilərək paylaşılan videosunda Qeytsin peyvəndlənmənin səhv olduğunu etiraf etdiyi iddia edilib.

bill qeyts teyit peyvendpng

Bill Qeytsin sözləri səhv tərcümə olunub

Bill Qeytsin videosu Fareed Zakarianın 3 may 2022-ci il tarixli “92Y Talks” proqramından götürülüb. Proqramda gələcəkdə ola biləcək daha bir qlobal pandemiyanın qarşısını almaq üçün dünyanın nə etməli olduğunu haqqında danışılıb. Qeytsə aid edilən fikirlərə verlişin 23:40-a olan hissəsində rast gəlirik.

Bu hissədə Bill Gates, Fareed Zakarianın Çinin insanlara virus haqqında məlumat verməsini gecikdirməsi və pandemiya prosesi zamanı ümumi iş birliyindən uzaq qalması ilə bağlı suallarına cavab verir.

Bill Qeyts, Çinin də pandemiyadan dərs çıxardığını və gələcəkdə belə hadisələr olacağı təqdirdə daha uyğun davranacağını söylədikdən sonra yazıda eşitdiyimiz sözlərə davam edir. Qeyts bildirir ki, Çinin koronavirusla bağlı məlumatları paylaşmaqda gecikməsi nəticəsində bir çox insan virusu səyahət yolu ilə yaydı. Bunun nəticəsində ABŞ-la bərabər bütün dünya ölkələri virus üçün diaqnoz testləri hazırlamaqda gecikdi. Qeytsin fikrincə yüksək ölüm halları da bununla əlaqədardır.

Qyetsə adi edilən sözlərin əsl tərcüməsi bu formadadır:

Bilirsiniz, biz qlobal bir şeyin içində olduğumuzu düşünürdük. Lakin fevralın əvvəlində keçirilən görüşdə fondun mütəxəssisləri bizə bunun dayandırıla bilməyəcəyini bildirənə qədər bunu dərk etmədik.Çünki diaqnoz qoyulmamış səyahətlər çox idi və biz buna nəzarət edə bilməyəcəkdik.O zaman biz ölüm nisbətini həqiqətən başa düşmədik. Ona görə də bilmirdik ki, bu, olduqca aşağı ölüm nisbətli və əsasən yaşlıların daha tez yoluxuduğu bir xəstəlikdir, məsələn, qrip kimi lakin bir az fərqli.Beləliklə, son dərəcə qorxulu bir zaman idi, dünya, o cümlədən ABŞ, kifayət qədər tez oyanmadı.

Bütün yayım boyu Bill Qeyts peyvəndin səhv olduğunu dair bir söz demir. Əksinə, bir çox yerlərdə peyvəndlənmənin artması nəticəsində həyatın normallaşdığını vurğulayır.

Yəni Bill Qeytsin sözləri səhv tərcümə olunub.

Bill Qeyts, pandemiya zamanı “Gates Fondu” vasitəsilə vaksinlərin istehsalını dəstəkləməsi bir çox miflərin, saxta xəbərlərin əsas mövzusu olmuşdu. "Teyit" zaman-zaman Qeytsin adından yayılan pandemiya ilə bağlı digər iddiaları da araşdırıb.