Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbəyə yağan qarın əks olunduğu iddiası ilə video paylaşılıb. Videoda ehram geyinən insanlar, qar yağması və Kəbə ətrafının qarla örtülməsi əks olunub.
Video qar effekti ilə hazırlanıb
“Google”da ərəb dilində "Kəbəyə qar yağdı" sözləri ilə axtarışa başlayırıq. Axtarışın nəticələrindən əldə edirik ki, video effektlərdən istifadə edilərək hazırlanıb və həqiqəti əks etdirmir.
Eyni sözləri bu dəfə İngilis dilində axtarışa veririk. Axtarış nəticəsində oxşar nəticələr əldə edirik. Səudiyyə Ərəbistanının qəzeti “Khaleej Times”da Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin videonun real olmadığını açıqladığı xəbərini yayıb.
Səudiyyə Ərəbistanı qəzeti “Siasat”ın xəbərində Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin rəsmi sözçüsü Hüseyn Əl-Kəhtaninin videonun effektlərlə hazırlandığı barədə açıqlamasına rast gəlirik.
Bu barədə Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin rəsmi sözçüsü Hüseyn Əl-Kəhtani “Twitter” səhifəsində bildirib.
Kəbədə baş verən son xəbərləri çatdıran “Haramein Şarifain” saytı da Kəbədə qar yağdığını göstədiyi iddia edilən videoların saxta olduğunu açıqlayıb.
Kəbədəki son hadisələri çatdıran Tvitter istifadəçisi Kəbədə yağan qarın orada olan bir nəfər tərəfindən “Snapçat’ın qar effekti ilə qeydə alındığını açıqlayıb.
Hava haqqında məlumat verən sayt “Arabia weather”də yer alan xəbərə görə yanvarın 1-də Məkkədə hava müsbət 30 dərəcə olduğu üçün bölgədə qar yağışının mümkün olmadığı qeyd olunub.
Səudiyyə rəsmilərinin açıqlamaları və hava haqqında məlumatdan yola çıxaraq Məkkədə yerləşən Kəbədə qar yağdığı ilə bağlı videonun həqiqəti əks etdirmədiyini söyləyə bilərik.