Video ABŞ-da polisin atını oğurlayan bir protestçini göstərmir

Video ABŞ-da polisin atını oğurlayan bir protestçini göstərmir

Yanlış Yanlış

Faktlar

Videoda protestçinin polis atını oğurladığı iddiası yanlışdır.

Videodakı şəxsin sürdüyü at özünə məxsusdur.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə yayılan bir videoda Çikaqoda George Floyd aksiyaları zamanı polisdən oğurladığı at ilə kütləyə qarışan bir protectoçu olduğu iddia edildi. Bəzi xəbər saytlarında da yayınlanan  video sosial mediada sürətlə yayıldı. Əlaqadər Tweetlərdən biri 22 mindən çox istifadəçi tərəfindən bəyənildi və 2 min və daha artıq istifadəçi tərəfindən retweet edildi.

facebook aze at iddia

Lakin iddia doğru deyil. Videodakı at bu şəxsin öz atıdır və polisdən oğurlamayıb.

Videodakı vətəndaş öz atına minib

Video sosial şəbəkədə yayldıqdan qısa bir müddət sona şəxsin polisin atını oğrulamadığını və öz atına mindiyi məlumatları yaplaşılır. 

 Bu məlumatlardan da yola çıxıb sadə bir Google axtarışı ilə videodakı şəxsin “Dreadhead Cowboy” ləqəbli Adam Hollingsworth olduğu məlumatını əldə etmək mümkündür.

Daha əvvəl də Çikaqo küçələrində at üstündə gəzərək cəmiyyətin və mətbuatın diqqətini çəkən Adam Hollingsworth haqqında yayınlanmış xəbərlər də var. Uşaqlığında heç vaxt at görməyən Hollingsworth həqiqi bir at ilə dörd il əvvəl əmisi vasitəsi ilə tanışıb. İki il əvvəl isə öz atını alıb. Covid-19 günlərində də küçələrdə at ilə gəzməyə davam edən Hollingsworth insanlardan müsbət reaksiyalar gördükcə bu fəaliyyətinə davam etdiyini deyib.

O, atçılığı geniş şəkildə yaymaq, uşaqları atlar haqqında məlumatlandırmaq və yaratdığı müsbət təsiri artırmaq üçün özünü maliyyələşdirdiyi bir kampaniya da başladıb.  Kampaniya səhifəsində bu yolla əldə etdiyi gəliri atlarının qeydinə qalmaq, fərqli şəhərlərdə də getdikçə ortaya çıxan bu ictimai təsiri artırmaq kimi məsələlərdə istifadə edəcəyini bildirir. Atları ilə birlikdə çəkildiyi videoları öz YouTube kanalında da paylaşır. 

dreadhead cowboy bella chicago aze black lives matter

Protestə Bella adında atı ilə qoşulan Hollingsworth həmin at ilə videosunu YouTube kanalına da yerləşdirib. 

“Dreadhead Cowboy” Adam, George Floyd aksiyalarının gücləndiyi günlərdə də atı ilə küçələrdə gəzməyin müsbət təsir edəcəyini fikirləşib. Aksiyaların ortasında bir çox insan Adam və atını görəndə şəkil çəkdirmək və atı sığallamaq üçün dayanıb.

Çikaqo Polis Şöbəsində belə bir at yoxdur

Çikaqodakı polislərin mindiyi atlar videodakı atlardan fərqlidir. Çikaqo Atlı Polis Şöbəsi rəsmi veb saytında öz tərkibindəki atlar haqqında detallı məlumat verib. Bu atların rəngi, boyu və cüssə olaraq müəyyən standartlara uyğun olmalıdır. Çikaqodakı atlı polislərin hamısı qəhvəyi rəng atlara minir. Lakin videodakı atın bel və arxa hissəsi ağdır. Yəni bu atın polis şöbəsinə aid olması mümkün deyil. 

 

chicago atli polisler iddia

 

Xəbəri yayınlayan BirGün qəzeti videonun sıravi vətəndaşa aid olduğu ortaya çıxdıqdan sonra bir düzəliş yazısı yayınladı. Twitter-da paylaşan bəzi hesablar isə videonu sildi. 

Nəticə etibarilə Çikaqoda bir aksiyaçının polisin atını ələ keçirdiyi iddiası doğru deyil. İddia yanlış məlumatın ən çox bilinən yeddi növündən xətalıq əlaqəndirməyə uyğundur.